Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu – SENSASİON TƏFƏRRÜATLAR

DogruXeber.tv: - Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.

Azərbaycanda da Hesablama Palatasına xeyli səlahiyyətlər verilib. Bu səlahiyyətlərdən istifadə edən Palatanın bu və ya digər dövlət qurumunda külli miqdarda maliyyə pozuntusu aşkarlaması faktları ara-sıra ictimai rezonansa da səbəb olur. Bir çox hallarda Palatanın yoxlama apardığı qurumlarda cüzi nöqsanlar aşkarlandığına dair hesabatı insanlarda inamsızlıqla qarşılanır: büdcə pulları ilə yaşayan hər hansı dövlət qurumunda orta ranqlı vəzifəli belə həbs olunduqda milyonlarla manat pul mənimsənilməsi aşkarlanır. Bu şəraitdə, məsələn, böyük bir universitetdə yoxlama aparıb cəmi 50 min manatlıq nöqsan açıqlanması, yumşaq desək, insanlarda gülüş doğurur.

Bu yaxınlarda redaksiyamıza verilən bir məlumatı isə böyük təəccüblə qarşıladıq. Həmin məlumatda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun öz qardaşını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini vəzifəsinə təyin etdirmək üçün agentliyin rəhbəri Zaur Mikayılovu necə “yola gətirdiyi” açıqlanır. Bildirilir ki, Z. Mikayılov sıradan bir kadr olan İlqar Gülməmmədovun Agentliyə rəhbər vəzifəyə gətirilməsinə razı deyilmiş. Doğrudur, təyinat dövlət başçısının sərəncamı ilə həyata keçirilir, lakin iri dövlət qurumlarında belə təyinatlar zamanı həmin qurumların rəhbərlərinin rəyi mütləq nəzərə alınır, bir çox hallarda namizədləri onlar təklif edirlər. Ki, həmin müavinlərlə məhz qurum rəhbərləri işləyirlər və onların arasında anlaşmanın olması vacib şərtlərdən biri hesab olunur.

Mənbəmizin dediyinə görə, Z. Mikayılov İ. Gülməmmədovun Agentliyə sədr müavini gəlməsini istəmirmiş, lakin V. Gülməmmədov onu razı salmağın yolunu asanlıqla tapıb: Hesablama Palatasının auditorlarını Agentliyin fəaliyyətini yoxlamağa göndərib. Auditorlar bir sıra pozuntular aşkarlayıblar, faktlar Z. Mikayılovun diqqətinə çatdırıldıqdan sonra o, İ. Gülməmmədovun özünə müavin təyin olunmasına dair təkliflə çıxış edib.

Hesablama Palatasının Agentlikdəki yoxlamaya dair rəyi isə təyinatdan bir ay sonra ictimaiyyətə açıqlanıb.

Məlumatla bağlı araşdırma apardıqda aydın oldu ki, İ. Gülməmmədov 2024-cü ilin noyabrında Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin olunub. Agentliyin internet saytında verilən məlumatdan aydın olur ki, İ. Gülməmmədov 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Material resursların idarə edilməsi” fakültəsini iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə 9 saylı Təmir-Tikinti Trestində kommersiya məsələləri üzrə müdir müavini kimi başlayıb. 2009-cu ilədək müxtəlif təşkilatlarda kommersiya və maliyyə məsələləri üzrə müdir müavini kimi çalışıb. Sonrakı 5 il ərzində özəl sektorda “Favorit” MMC-nin direktoru kimi fərdi sahibkarlıqla məşğul olub.

2013-cü ildə qardaşı V. Gülməmmədovun Hesablama Palatasının sədri təyin olunmasından sonra onun da dövlət qurumlarında fəaliyyətinə start verilib: 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) ilə birgə “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin kreditlər üzrə baş koordinatoru təyin edilib.

2018-ci ildən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunda audit şöbəsinin müdiri vəzifəsinə keçib. Altı il orada çalışdıqdan sonra isə ölkənin ən böyük dövlət qurumlarından birinə — Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin olunub.

Maraqlıdır ki, mənbəmizin digər məlumatı da özünü doğruldur: Hesablama Palatası həqiqətən 2024-cü ildə Su Ehtiyatları Agentliyində yoxlama aparıbmış. Yoxlamanın nəticələri həmin ilin dekabrında açıqlanıb. Ölkə mətbuatının yaydığı məlumatdan aydın olur ki, Palata Agentliyin fəaliyyətinin sırf Z. Mikayılovun 2021–2023-cü illərdə rəhbərlik etdiyi meliorasiya istiqamətini yoxlayıb. Xatırladaq ki, 2021-ci ildə Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub. 2023-cü ildə isə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Hesablama Palatası 2024-cü il üzrə İş Planına uyğun olaraq məhz Z. Mikayılovun 2021-ci ildən rəhbərlik etdiyi istiqamətdə yoxlama aparıb. Açıqlanan məlumatdan aydın olur ki, məqsəd Kür–Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi olub. Audit çərçivəsində Kür–Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.

Hesablama Palatasının audit nəticələri ilə bağlı atdığı addım da maraq doğurur. Belə ki, Palata Kollegiyası auditor hesabatını təsdiq edərək, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi məsələlərin, obyektlərin və ərazinin genişliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar üzrə daxili nəzarət qaydasında müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət qurumlarına müvafiq məktubların göndərilməsi barədə qərar qəbul edib.

Göründüyü kimi, auditin nəticələri elə Agentliyin özünə təqdim olunub ki, tədbirlər görülsün.//Musavat.com

Oxunub: 148

Son xəbərlər

Tramp İrandakı YENİ HƏDƏFLƏRİ açıqladı: ‘Maksimum təzyiq”

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Bütün xəbərlər