MÜTDA - BRS müqaviləsi arxasındakı gizli ƏL

DogruXeber.tv: - Keçən yazımızda MÜTDA ilə BRS arasındakı müqavilənin ciddi nöqsanlarını qeyd etmişdik. Belə ki, Abşeron və Sumqayıt istiqamətində şagird daşınmasını üzərinə götürən "Baku Rent Service" (BRS) şirkəti ilə bağlı şikayətlər artıq fərdi narazılıq çərçivəsindən çıxıb, bir sistem böhranına çevrilib.

​Lakin ən maraqlı məqam bu bərbad vəziyyətin texniki tərəfi deyil, onun arxasındakı "himayədar" iddialarıdır.

​Redaksiyamıza daxil olan məlumatlar, bütün yolların Elm və Təhsil nazirinin müavini Firudin Qurbanova çıxdığını göstərir. İddialara görə, MÜTDA-nın bu qədər qanunsuzluğa, texniki çatışmazlığa və valideyn etirazına rəğmən BRS şirkəti ilə müqaviləni davam etdirməsinin tək səbəbi cənab Qurbanovun bu məsələdəki qəti "tövsiyəsi" və ya təzyiqidir.
​Burada haqlı olaraq suallar yaranır:

- Təcrübə, yoxsa Tanışlıq? Niyə uzun illər bu sahədə qüsursuz fəaliyyət göstərən, peşəkar bazası olan şirkətlər kənara itələndi və meydan "Baku Rent Service" kimi qeyri-şəffaf bir quruma verildi?

​Nazir müavininin marağı nədir? Dövlət büdcəsindən ayrılan vəsaitin müqabilində uşaqların 75 yaşlı, müqaviləsiz sürücülərə və xarici nömrəli "köhnə-kürüş" avtobuslara əmanət edilməsinə Firudin Qurbanov niyə razı olur?

- Cənab Qurbanovun "yaşıl işıq" yandırdığı iddia edilən bu əməkdaşlığın acı nəticələri göz önündədir:

- Müqavilədə 24 avtobus nəzərdə tutulduğu halda, xəttə 16-nın çıxması kiminsə cibinə gedən artıq vəsait deməkdir. Nazir müavini bu maliyyə fərqindən xəbərdardırmı?

- Xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin ölkədaxili şagird daşınmasına cəlb edilməsi qanunvericiliyin birbaşa tapdanmasıdır. Təhsilin hüquqi bazasına cavabdeh şəxslərdən biri olan nazir müavini buna necə göz yumur?

- Sürücülərin uşaqlarla kobud rəftarı və qeyri-etik davranışları barədə yüzlərlə şikayət var. Bu, "Təhsilin keyfiyyəti" şüarı ilə nə dərəcədə üst-üstə düşür?

​Hər hansı bir bədbəxt hadisə baş verərsə, Firudin Qurbanov bu "tövsiyəsinin" arxasında dura biləcəkmi? Yoxsa məsuliyyət yenə "aşağı pillədəki" icraçıların üzərinə atılacaq?

​"Qeyd edək ki, dövlət sektorunda çalışanlar üçün yaş həddi 65 olsa da, Firudin Qurbanov 74 yaşında hələ də vəzifəsini icra edir. Lakin bu imtiyaz ona uşaqların həyatını təhlükəyə atmaq haqqı vermir. Şagirdlərin köhnə avtobuslara və yaşlı sürücülərə həvalə edilməsi qətiyyən qəbulolunmazdır."

​MÜTDA rəhbərliyi və şəxsən cənab Qurbanov anlamalıdır ki, söhbət dövlət büdcəsinin talanmasından deyil, həm də gələcəyimiz olan uşaqların həyatından gedir. "Daha ucuz" adı altında qurulan bu "biznes sxemi" artıq ifşa olunub.

​Tehsil.media olaraq sual edirik: Firudin Qurbanovu bu şirkətə bağlayan görünməyən tellər nədən ibarətdir? Ümid edirik ki, Elm və Təhsil Nazirliyi bu "tender xaosu" ilə bağlı ictimaiyyətə inandırıcı bir izahat verəcək. Əks halda, bu susqunluq iddiaların doğruluğunun təsdiqi kimi qəbul ediləcək.

Yazıda adı hallanan qurum və şəxslərin mövqeyin dərc etməyə hazırıq.//bakunews.az

Son xəbərlər

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Bütün xəbərlər