Dələduzluq ittihamları, sıfır təcrübə və yüksək vəzifə:Xəqani İsmayılov necə direktor oldu?

DogruXeber.tv: - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landştaft Quruluşu” ASC-nin nəzdindəki Suvarma sistemlərinin istismarı və təmiri idarəsinə edilən təyinat ciddi suallar doğurur. Məlumata görə, bu quruma bir gün belə real iş təcrübəsi olmayan, üstəlik dələduzluq ittihamlarında adı hallanan Xəqani İsmayılov direktor təyin edilib.

Bu təyinat təkcə kadr siyasətinə deyil, eyni zamanda dövlət qurumlarında şəffaflıq və məsuliyyət prinsiplərinə açıq meydan oxumaqdır.Məsələ burasındadır ki, sözügedən idarəyə rəis təyin olunan Xəqani İsmayılovun təhsil ixtisası və peşə hazırlığı suvarma, meliorasiya və ya landşaft quruculuğu sahəsi ilə heç bir uyğunluq təşkil etmir. Redaksiyamıza verilən məlumata görə, həmin şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. Neft-mühəndisliyi və sənaye sahələri üzrə kadr hazırlayan bu ali məktəbin suvarma sistemlərinin istismarı və təmiri kimi spesifik və texniki bir sahə ilə hansı əlaqəsinin olduğu isə anlaşılmaz qalır.Suvarma sistemləri kənd təsərrüfatının, yaşıllaşdırma və ekoloji tarazlığın əsas dayaqlarından biridir. Bu sahə illərin təcrübəsini, mühəndislik biliklərini, meliorasiya və hidravlika üzrə ixtisaslaşmanı tələb edir. Belə olduğu halda, aidiyyəti sahədə nə təhsil, nə də uzunmüddətli iş təcrübəsi olmayan bir şəxsin bu cür məsul vəzifəyə gətirilməsi haqlı olaraq müəyyən suallar doğurur:Bu təyinat hansı meyarlar əsasında aparılıb?Peşəkar kadrlar kənarda qalaraq niyə uyğun olmayan ixtisas sahibi önə çəkilib?Burada əsas rol peşəkarlıqdır, yoxsa şəxsi münasibətlər və himayədarlıq?

Dələduzluq iddiaları fonunda təyinat

Daha narahatedici məqam isə Xəqani İsmayılovun adının dələduzluqla bağlı iddialarda çəkilməsidir. Belə bir reputasiya ilə dövlət qurumunda, xüsusilə də maliyyə və texniki resursların idarə olunduğu bir sahədə rəhbər vəzifəyə gətirilmək hansı məntiqə, hansı qanuna və hansı vicdana sığır?
Yoxsa burada “tanışlıq”, “himayədarlıq” və ya “yuxarıdan gələn tapşırıq” amili rol oynayıb?

Qeyri-rəsmi “kuratorluq” oyunu

Meşələrin İnkişafı Xidmətində baş verən son proseslər ciddi suallar və narahatlıqlar doğurur. Daxil olan məlumatlara görə, Xidmətin rəisi Ramiq Əşrəfov tərəfindən Xəqani İsmayılov qeyri-rəsmi şəkildə bir sıra Regional Meşə Təsərrüfatı Mərkəzlərinə “kurator” təyin edilib. Maraqlıdır ki, bu “təyinat” nə rəsmi əmrlə rəsmiləşdirilib, nə də ictimaiyyətə açıqlanıb.

Ən ciddi sual isə budur:

Xəqani İsmayılov kimdir və onun meşə təsərrüfatı sahəsində hansı səlahiyyəti, təhsili və ya peşəkar təcrübəsi var?

Məlum olduğu kimi, Xəqani İsmayılovun fəaliyyəti meşəçilik, ekoloji nəzarət və ya təbii sərvətlərin idarə olunması sahəsi ilə deyil, tamamilə fərqli istiqamətlərlə əlaqələndirilir. Buna baxmayaraq, onun regional mərkəzlərdə “kurator” kimi təqdim olunması, yerli rəhbərlərə göstərişlər verməsi, proseslərə müdaxilə etməsi iddiaları dolaşır.

Bu isə artıq qanunvericiliyin və idarəçilik prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Dövlət qurumlarında:

“Qeyri-rəsmi kurator” anlayışı varmı?

Rəsmi vəzifəsi olmayan şəxs hansı hüquqla regional strukturlara təsir göstərir?

Regional mərkəz rəhbərləri kimə hesabat verir: rəsmi rəhbərliyə, yoxsa qeyri-rəsmi “kuratora”?

Ekspertlərin fikrincə, belə hallar idarəetmədə xaos yaradır, məsuliyyəti bölüşdürür və korrupsiya risklərini artırır. Çünki qeyri-rəsmi səlahiyyət alan şəxs nə qanun qarşısında cavabdehdir, nə də verdiyi qərarlara görə məsuliyyət daşıyır.İctimaiyyət Ramiq Əşrəfovdan aydın cavab gözləyir:Bu səlahiyyət hansı hüquqi sənədə əsaslanır?Yoxsa meşə təsərrüfatı şəxsi münasibətlər və qeyri-rəsmi tapşırıqlar əsasında idarə olunur?Görəsən Ekologiya vəTəbii Sərvətlər naziri vəzifəsini icra edən Rəşad İsmayılovun bu oyunlardan xəbəri varmı?

Araşdırmamız davam edir.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!//TEREF

Oxunub: 321

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər