Mərkəzi Bankdan şikayət, məhkəmə qərarı və “kölgəli” pay dəyişikliyi

“Fintrend” BOKT kimlərin nəzarətindədir?

Azərbaycan maliyyə sektorunda aparılan yoxlamalar getdikcə daha ciddi mənzərə ortaya qoyur. Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti ilə bağlı üzə çıxan faktlar göstərir ki, bu sahədə nəzarət mexanizmləri bəzən formal xarakter daşıyıb. Diqqət çəkən qurumlardan biri də “Fintrend” Bank Olmayan Kredit Təşkilatı MMC-dir.

Mərkəzi Bank yoxladı, məhkəmə cərimələdi

"DogruXeber.tv" AzPost-a istinadən xəbər verir ki, Mərkəzi Bank “Fintrend” BOKT-da 2020–2025-ci illəri əhatə edən planlı tematik yoxlama aparıb. Yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Bu faktlar artıq sadə inzibati nöqsan yox, maliyyə təhlükəsizliyi ilə bağlı ciddi risklərə işarə edir.

Aşkarlanan pozuntular əsasında BOKT-un direktoru Sevinc Qəmbərova barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə protokol tərtib olunub. Mərkəzi Bankın müvafiq vəzifəli şəxsi məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə direktor 2 000 manat cərimə olunub.

Qeyd edək ki, Sevinc Qəmbərova Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Ayan Qəmbərovanın bacısıdır.

Zərərli illər, zəif nəzarət

Araşdırma zamanı məlum olur ki, “Fintrend”in problemləri son yoxlama ilə məhdudlaşmır. Açıq maliyyə hesabatları göstərir ki, şirkət 2020-ci ili zərərlə başa vurub. Maliyyə ekspertləri bildirirlər ki, belə hallarda sonradan AML/CFT (çirkli pulların yuyulmasına qarşı mübarizə) pozuntularının üzə çıxması təsadüfi sayılmır. “Fintrend”lə bağlı aşkarlanan faktlar da bu zəncirvari riskləri təsdiqləyir.

Səssiz pay dəyişikliyi: əvvəl kim idi, indi kimdir?

Araşdırma göstərir ki, “Fintrend” BOKT-un təsisçi və pay strukturu qısa müddətdə köklü şəkildə dəyişib. 2021-ci ilə qədər açıq mənbələrdə şirkətin pay bölgüsü belə göstərilirdi:

Erkin Əsədov – 54 %

Nərmin Hüseynzadə – 26 %

Kənan Salayev – 20 %

Lakin 2022-ci ildən sonra bu struktur tamamilə yoxa çıxıb. Son rəsmi məlumatlara əsasən, hazırda “Fintrend”in əsas pay sahibi xarici hüquqi şəxsdir:

“Pro Trade & Logistics DMCC” – 95 %

Sahib Əliyev – 5 %

Bu dəyişikliklə “Fintrend” BOKT faktiki olaraq xarici kapitalın tam nəzarətinə keçib. Maraqlıdır: belə həssas maliyyə institutunda bu qədər kəskin pay dəyişikliyi niyə və necə baş verib?

95 faizlik paya sahib şirkət – real fəaliyyət, yoxsa kağız üzərində profil?

Araşdırma bizi Dubaya aparır. “Pro Trade & Logistics DMCC” BƏƏ-nin Dubay şəhərində, DMCC free zone ərazisində qeydiyyatdan keçmiş şirkətdir. Şirkət öz rəsmi təqdimatlarında:

neft və enerji məhsullarının ticarəti,
logistika və daşımalar,
beynəlxalq ticarət fəaliyyəti ilə məşğul olduğunu bildirir.
Ancaq burada əsas sual ortaya çıxır:

Bu şirkət haqqında niyə müstəqil media mənbələrində, beynəlxalq maliyyə hesabatlarında və ya açıq sənədlərdə demək olar ki, heç bir geniş məlumat yoxdur?

Araşdırmalar göstərir ki, “Pro Trade & Logistics DMCC”nin fəaliyyəti əsasən öz rəsmi saytında yer alan iddialarla məhdudlaşır. Halbuki DMCC kimi sərbəst iqtisadi zonalarda minlərlə şirkət qeydiyyatdan keçsə də, onların bəziləri real əməliyyat fəaliyyəti minimum olan strukturlar kimi də tanınır.

Toplanan risklər nəyi göstərir?

“Fintrend” BOKT ətrafında toplanan faktlar ciddi risk mənzərəsi yaradır:

maliyyə monitorinqi sahəsində rəsmi pozuntular,
əvvəlki illərdə zərərli fəaliyyət,
qısa müddətdə səssiz pay dəyişikliyi,
əsas payın fəaliyyəti barədə açıq məlumatları məhdud olan xarici şirkətə keçməsi.
Maliyyə analitiklərinin fikrincə, bu cür hallar real benefisiar sahiblərin kimliyi, vəsaitlərin mənşəyi və idarəetmə mexanizmləri ilə bağlı əlavə yoxlamaların zəruriliyini ortaya qoyur.

Təsadüfmü, yoxsa sistemli problem?

Mərkəzi Bankın yoxlaması və məhkəmənin cərimə qərarı “Fintrend” BOKT-da mövcud problemlərin artıq rəsmi təsdiqini tapdığını göstərir. Lakin pay strukturundakı kəskin dəyişikliklər və əsas pay sahibinin şəffaflığı sual altında olan xarici şirkət olması bu işin yalnız görünən tərəfi ola biləcəyini düşündürür.

Ortaya çıxan mənzərə belədir:

“Fintrend” BOKT təkcə maliyyə göstəricilərinə görə deyil, həm də idarəetmə, nəzarət və şəffaflıq baxımından daha dərin araşdırma tələb edən qurumdur.

Son xəbərlər

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Bütün xəbərlər