“Azəriqaz” rəhbərliyi mahiyyəti dəyişməyə çalışır? - Bir idarə rəisini dəyiməklə...

DogruXeber.tv: - “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namik Məmmədov və baş mühəndisi Elşən Rəhimov vəzifələrindən azad edilib. Baş direktor Azər Məmmədovun imzaladığı əmrə əsasən, idarənin rəisinin səlahiyyətləri müvəqqəti olaraq Samir Qasımova həvalə olunub.

Redaksiyamız bir gün əvvəl “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinə sorğu göndərsə də, hələ rəsmi cavab verilməyib. Eyni zamanda hüquq-mühafizə orqanları Namik Məmmədov və idarənin digər vəzifəli şəxsləri barədə araşdırmalara başlayıb.

Namik Məmmədov bu vəzifəyə qədər Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi olub və ötən ilin iyun ayında Ağsu idarəsinə təyin edilmişdi. /Qaynarinfo/

Bizimesr.az bildirir ki, daxil olan şikayətlər göstərir ki, ölkənin demək olar bütün rayonlarında vətəndaşlar aşağıdakı problemlərlə üzləşir, kart ödənişlərində hər dəfə əlavə 1 manat çıxılması, sayğaclarda qeyri-dəqiq ölçü və səhvlər, əlavə ödəmələrin və “gizli xərclərin” yüklənməsi...

Məsələn, daxil olan şikayətdə sakinlər bildirir ki, hər dəfə qaz kartına pul yükləyərkən əlavə 1 manat çıxılır və bunun səbəbi açıqlanmır. Digər rayonlarda isə sayğaclar düzgün işləmir, sakinlər hətta istifadə etmədikləri qaz üçün də əlavə ödəniş ödəməli olurlar.

Belə vəziyyətdə idarə rəisinin işdən çıxarılması məsələnin köklü həlli deyil. Bu problemlər sistem xarakteri daşıyır və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən yaradılmış mexanizmlərin nəticəsidir.

Yalnız bir idarə rəisini işdən çıxarmaqla vətəndaşların əziyyəti aradan qalxmayacaq. Vətəndaşların narazılığı göstərir ki, problem yalnız yerli idarələrdə deyil, bütün sistemdədir. “Azəriqaz”ın rəhbəri Azər Məmmədov tərəfindən tətbiq olunan ödəniş və sayğac sistemi ciddi tənqid olunur. Yalnız idarə rəisini çıxarmaqla vəziyyətin düzələcəyi düşüncəsi sadəlövhlükdür.//Bizimesr.az

Son xəbərlər

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Bütün xəbərlər