gundem / siyaset / iqtisadiyyat / dunya
19.02.2026
Rusiya-İran anlaşdı: Azərbaycan üzərindən qaz və elektrik xətti çəkilir
İranın “Səhər TV” kanalı iddia edib ki, İran və Rusiya arasında enerji sahəsində uzun zamandan bəri ddavam edən danışıqlar yekunlaşıb.
"DogruXeber.tv" xəbər verir ki, həmin danışıqların nəticəsinə əsasən tərəflər qaz və elektrik xətlərinin çəkilməsini razılaşdırıblar.
Məlumatda vurğulanır ki, Rusiya İrana illik 55 milyard kub metr qaz ötürə biləcək boru kəməri çəkməyi qərarlaşdırıb. Bundan başqa, hər il Güney Azərbaycan şəhərlərini elektriklə təmin edəcək elektrik xəttinin inşası da nəzərədə tutulub. Hər iki xəttin Azərbaycan üzərindən çəkiləcəyi qeyd olunur. Səhər TV bunu “Azərbaycan üzərindən yeni enerji marşrutları yaranır” kimi təqdim edib.



