Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….

DogruXeber.tv: - Model, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi ilə sevgi münasibəti yaşadığını iddia edib. Bloqer həmin adamın evli və iki uşağının olduğunu bilmədiyini deyib. O bu məlumatı öyrəndikdən sonra sevgilisi tərəfindən intim videoları ilə təhdid olunduğunu bildirib. Çelsi Baxşıyeva bu barədə Oxu.Az-a danışıb.

Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….

Bloqer qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl “Instagram”da tanış olublar:

Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….

“Adını açıqlamaqda problem yoxdur – Anar Pirməmmədov. Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İlyarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib.

Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim.

İki gün sonra Nəsimi Rayon Polis Bölməsinə gedib məndən şikayət etdilər. Həyat yoldaşı şikayətçi oldu. Məni bölməyə çağırdılar, izahat aldılar və buraxdılar. Sonra dedim ki, üzr istəməsələr və hər şeyi boyunlarına almasalar, məsələni ictimailəşdirəcəyəm və FHN-ə də müraciət edəcəyəm. Bir müddət sonra üzr istədi və hər şeyi boynuna aldı. Mən də məsələni bağladım”.

O, sözlərinə belə davam edib:

“2025-ci ildə “TikTok”la bağlı saxlanıldım. Fevralın 11-də məni 30 sutka həbs etdilər. 388-ci maddə ilə saxlanılmışdım və mənə cərimə nəzərdə tutulurdu. Həbsdən çıxandan sonra öyrəndim ki, Anarın atası Həsrət Pirməmmədovdur. Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub. Həsrət Pirməmmədovun qardaşı, yəni Anarın əmisi isə İlham Pirməmmədovdur. O da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiridir – hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovanı deyirəm.

Bundan başqa, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə məndə məlumat var. Hazırda ölkədə deyiləm. Məndə olan materiallar realdır və səsyazıları mövcuddur.

A.Pirməmmədov xidməti avtomobillə ardımca gəlirdi. Əlavə olaraq məlumat aldım ki, Anar nazirin birinci müavini Rəfail Mirzəyevin yaxın qohumudur. Ona bildirilib ki, məsələ ictimailəşsə, işdən çıxarılacaq”.(Oxu.Az)

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər