gundem / dunya
24.03.2026
İran müharibənin bitməsi üçün şərtlərini açıqladı
İran müharibənin başa çatması üçün şərtlərini açıqlayıb.
"DogruXeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Möhsən Rzayi danışıb.
O bildirib ki, sanksiyalar tam ləğv olunana qədər İran hərbi əməliyyatları dayandırmayacaq.
“Müharibə bütün ziyanın kompensasiyası, bütün iqtisadi sanksiyaların ləğvi və ABŞ-nin İranın daxili işlərinə müdaxilə etməyəcəyinə dair beynəlxalq hüquqi zəmanətlərin verilməsinə qədər davam edəcək”, – M.Rzayi vurğulayıb.



