Epşteyn qurbanları ABŞ hökuməti və “Google”u məhkəməyə verdi

Maliyyəçi Ceffri Epşteynin qurbanlarından ibarət qrup son aylarda dərc olunmuş sənədlərdə şəxsi məlumatların açıqlanmasına görə ABŞ administrasiyasına və “Google” axtarış sisteminə qarşı kollektiv iddia qaldırıb.

DogruXeber.tv-in məlumatına görə, iddiada bildirilir ki, ABŞ hakimiyyəti Ədliyyə Nazirliyi vasitəsilə məlumatların sürətli və geniş şəkildə açıqlanmasına üstünlük verib və zərərçəkənlərin şəxsi məlumatlarının lazımi səviyyədə qorunmasını təmin etməyib.

Qeyd olunur ki, sonradan hökumət qurbanların şəxsi məlumatlarını açıq sənədlərdən silib. Lakin iddiaçılar bildirirlər ki, “Google” kimi platformalar müraciətlərə baxmayaraq həmin məlumatları hələ də göstərməyə davam edir.

İddiaçılar ABŞ Ədliyyə Nazirliyindən hər bir zərərçəkənə azı 1000 dollar kompensasiya ödənilməsini, həmçinin “Google”a qarşı cərimə sanksiyalarının tətbiq olunmasını tələb edirlər. Onların fikrincə, bu sanksiyalar həm cəza, həm də gələcəkdə oxşar halların qarşısını almaq üçün kifayət qədər ciddi olmalıdır.

Bundan əlavə, iddia müəllifləri məhkəmədən “Google”un zərərçəkənlərin şəxsi məlumatlarını dərhal və tam şəkildə silməsini tələb edirlər./Lent.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər