İcbari Tibbi Sığorta Agentliyi nazirliyə verildi – Xəstəxanalar üçün nə dəyişir?

Məlum olduğu kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Prezident İlham Əliyev martın 19-da bununla bağlı Fərman imzalayıb.

Bəs dəyişiklikdən sonra icbari tibbi sığorta sahəsində idarəetmə necə təşkil olunacaq? Ləğv edilən agentliyin sədrinin həm də TƏBİB-in Müşahidə Şurasının rəhbəri olduğunu nəzərə alsaq, bu məsələ necə tənzimlənəcək? Hansı səlahiyyətlər TƏBİB-ə veriləcək?

"DogruXeber.tv" qafqazinfo-ya istinadən xəbər verir ki, Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.

Yeni yaradılan agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.

Əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəliklər, reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə yeni yaradılan agentliyə keçir.

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə rəhbərlik isə 5 üzvdən (sədr və onun 4 müavini) ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB-ə) verilib.

Xatırladaq ki, 2018-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində yaradılan TƏBİB 2023-cü ildən müstəqil dövlət qurumu kimi fəaliyyət göstərir. TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. İndiyə kimi TƏBİB-in Müşahidə Şurasının sədri İTSDA rəhbəri Zaur Əliyev idi. Hazırda onun bu səlahiyyətini kimin icra edəcəyi məlum deyil.

Son xəbərlər

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib

Bütün xəbərlər