2026-cı ilin dünyanın ən yaxşı xəstəxanaları açıqlanıb-SİYAHI

Hər bir xəstəxana təhlil edilib və dörd məlumat mənbəyi əsasında qiymətləndirilib.

Xəstəxana seçimi nadir hallarda asan qərar olur. Çox vaxt bu qərar qeyri-müəyyənlik anlarında qəbul edilir – qeyri-adi simptomlar və ya mürəkkəb diaqnoz artıq pasiyentin üzərinə ağır yük kimi düşəndə.

DogruXeber.tv xəbər verir ki, Qlobal platforma Statista-nın məlumatına görə, bu il dünyada xəstəxanaların sayının 216 minə yaxınlaşacağı proqnozlaşdırılır. Bu qədər geniş seçim fonunda pasiyentlər və onların ailələri mövcud imkanlar haqqında tam təsəvvür əldə etməkdə çətinlik çəkə bilər.

Bu boşluğu doldurmaq üçün Newsweek Statista ilə əməkdaşlıq edərək “Dünyanın ən yaxşı xəstəxanaları 2026” reytinqini təqdim edib.

Cari qiymətləndirmə 32 ölkədəki xəstəxanaları əhatə edir: Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hindistan, İsrail, İtaliya, Yaponiya, Malayziya, Meksika, Niderland, Norveç, Filippin, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, Tayland, Türkiyə, BƏƏ, Böyük Britaniya və ABŞ. Bu ölkələr əhalinin sayı, orta ömür uzunluğu, həyat səviyyəsi, xəstəxana sıxlığı və etibarlı məlumatların mövcudluğu kimi meyarlar əsasında seçilib.

Hər bir xəstəxana dörd əsas mənbə üzrə qiymətləndirilib: tibbi ekspertlərin (həkimlər, xəstəxana rəhbərləri və digər səhiyyə mütəxəssisləri) tövsiyələri; xəstəxanaların fəaliyyət keyfiyyəti göstəriciləri; pasiyent təcrübəsinə dair mövcud məlumatlar; həmçinin Statista-nın pasiyentlərin bildirdiyi nəticə göstəricilərinin (PROM) tətbiqi ilə bağlı sorğusu. PROM – pasiyentlərin öz funksional vəziyyətini və həyat keyfiyyətini qiymətləndirdiyi standartlaşdırılmış sorğu formalarıdır.

2026-cı il metodologiyası əvvəlki reytinqlərlə müqayisədə genişləndirilib – siyahıya ilk dəfə Filippin və Türkiyə daxil edilib. Bundan əlavə, bu il qiymətləndirmədə xəstəxanaların fəaliyyət keyfiyyətinə daha çox üstünlük verilib, akkreditasiya, təhlükəsizlik və pasiyent təcrübəsi ilə bağlı yeni məlumatlar nəzərə alınıb, həmçinin PROM göstəricilərinin rolu artırılıb.

Bu il 2500-dən çox xəstəxana qiymətləndirilib və onların arasından 250 ən yaxşı tibb müəssisəsi seçilib. İlk beşlik belədir: Mayo Clinic (Rochester, Minnesota), Toronto General Hospital (Toronto), Cleveland Clinic (Cleveland), Karolinska Universitet Xəstəxanası (Stokholm) və Massachusetts General Hospital (Boston).

Aşağıda “Dünyanın ən yaxşı xəstəxanaları – 2026” reytinqinə daxil olan TOP 50 tibb müəssisəsini təqdim edirik:

Dünyanın 50 ən yaxşı xəstəxanası:

Mayo Klinikası, Roçester, ABŞ
Toronto Ümumi Xəstəxanası, Kanada, Toronto
Klivlend Klinikası, ABŞ, Klivlend
Karolinska Universitet Xəstəxanası, İsveç, Stokholm
Massaçusets Ümumi Xəstəxanası, ABŞ, Boston
Con Hopkins Xəstəxanası, ABŞ, Baltimor
Şeba Tibb Mərkəzi, İsrail, Ramat-Qan
Şarite — Berlin Universitet Klinikası, Almaniya, Berlin
Sürix Universitet Xəstəxanası, İsveçrə, Sürix
Sinqapur Ümumi Xəstəxanası
Pitie-Salpêtrière Xəstəxanası, Fransa, Paris
Heydelberq Universitet Klinikası, Almaniya, Heydelberq
Tokio Universitet Xəstəxanası, Yaponiya, Bunkyo
Ronald Reyqan Tibb Mərkəzi, ABŞ, Los-Anceles
Kopenhagen Universitet Xəstəxanası, Danimarka
Albert Eynşteyn İsrail Xəstəxanası, Braziliya, San-Paulu
LMU Klinikası, Almaniya, Münhen
Briqam və Qadınlar Xəstəxanası, ABŞ, Boston
Cenevrə Universitet Klinikaları, İsveçrə, Cenevrə
Vyana Ümumi Xəstəxanası, Avstriya, Vyana
Lozanna Universitet Xəstəxanası, İsveçrə
Maunt-Sinay Xəstəxanası, ABŞ, Nyu-York
Bazel Universitet Xəstəxanası, İsveçrə
Stenford Xəstəxanası, ABŞ
Orhus Universitet Xəstəxanası, Danimarka
Samsung Tibb Mərkəzi, Cənubi Koreya, Seul
Maunt-Sinay Xəstəxanası, Kanada, Toronto
Asan Tibb Mərkəzi, Cənubi Koreya, Seul
Müqəddəs Tomas Xəstəxanası, Böyük Britaniya, London
Sunnybrook Tibb Mərkəzi, Kanada, Toronto
Erasmus Klinikası, Niderland, Rotterdam
Corc Pompidu Avropa Xəstəxanası, Fransa, Paris
Aqostino Cemelli Klinikası, İtaliya, Roma
Klod Yurye Xəstəxanası, Fransa, Lil
Münhen Universitet Klinikası, Almaniya
Amsterdam Universitet Tibb Mərkəzi, Niderland
Löven Universitet Xəstəxanası, Belçika
Müqəddəs Luka Xəstəxanası, Yaponiya
Severans Xəstəxanası, Cənubi Koreya
Helsinki Universitet Xəstəxanası, Finlandiya
Seul Milli Universitet Xəstəxanası, Cənubi Koreya
La-Pas Xəstəxanası, İspaniya, Madrid
Niqvarda Klinikası, İtaliya, Milan
Hamburq Universitet Klinikası, Almaniya
Kaliforniya Universiteti Tibb Mərkəzi, ABŞ
Cedars-Sinai Tibb Mərkəzi, ABŞ
Mayo Klinikası, ABŞ, Ceksonvill
Utrext Universitet Tibb Mərkəzi, Niderland
Alfred Xəstəxanası, Avstraliya, Melburn
12 Oktyabr Universitet Xəstəxanası, İspaniya, Madrid//İmran Kərimli

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər