Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib.

DogruXeber.tv xəbər verir ki, bu barədə Teatrın Mətbuatın xidmətinin məlumatda qeyd olunub.

Bildirilib ki, Xalq artisti Əvəz Abdullayev daimi yaşayış yeri Almaniyadır.

“Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib, bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur”, - məlumatda qeyd olunub.

Qeyd edilib ki, Xalq artisti Yalçın Adıgözəlov Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib: “Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.

Teatrdan bildirilib ki, solist Atəş Qarayevə münasibətdə müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılıb və daim müvafiq dəstək göstərilib: “O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilib. Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olub ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olmuş, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb”.

Məlumatda o da qeyd edilib ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyeras baş tutub: “Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət — 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılıb. Bu ödənişlər artıq gerçəkləşdirilib”.

Məlumatda o da vurğulanıb ki, mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir: “Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir.

Eyni zamanda bildiririk ki, kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur.

Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir”.//apa,az

Oxunub: 16

Son xəbərlər

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi

Ramin Hacıyevdən Nazirliklərə sual: "10 Manat niyə tutulur?"

Türkiyədə zəlzələ oldu

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub

Güneydə repressiyalar yenidən şiddətləndi

Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən bakalavr sayı açıqlanıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

“Brent” neftinin qiyməti 102 dolları ötüb

Bakı həftəyə tıxacla başladı – SİYAHI

İdmançımız Ginnesin Rekordlar Kitabına düşdü

Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi

Con Nolan vəfat etdi

Ceyhun Bayramovun ailəsində ağır itki

“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Hikmət Hacıyev ilə görüşüblər

Ərdoğan Makronla regional məsələləri müzakirə edib

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? – Masazırdakı cinayətin təfərrüatı

Şahin Bağırov onu Gəncə Gömrük İdarəsinə rəis təyin etdi

İmişlidə yanmış evdən meyit aşkarlanıb

1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında…

AFFA oyunları təxirə saldı - SƏBƏBİ

Hüsaməddin Cindoruk vəfat etdi

Işın Karaca Yunanıstandan deportasiya edildi

Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Rusiyanın itkiləri açıqlandı – ŞOK RƏQƏMLƏR

“Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm”

TRİPP-in inşasında İrəvana üçüncü tərəfddaş da lazım olacaq

Ermənilər pullarımızı sayır

Bütün xəbərlər