Almaniyaya getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ!

Almaniya tərəfi ilə uzun müddət aparılan iş nəticəsində rəsmi sənədlərin tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib ki, bu da Azərbaycan vətəndaşlarının işini xeyli yüngülləşdirəcək.

DogruXeber.tv xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri özünün X hesabında yazıb.

O bildirib ki, artıq Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb. Bunun əvəzinə, apostil prosedurunun tətbiqinə başlanılıb.

"Bu nə deməkdir? Hər iki ölkə 1961-ci il tarixli Haaqa Apostil Konvensiyasının iştirakçısıdır. Bu Konvensiyaya görə, bir ölkədə verilmiş rəsmi sənədlərin digər ölkədə tanınması üçün yalnız apostil möhürü kifayətdir. Əlavə leqallaşdırma və ya təsdiq tələb olunmur. Almaniya tərəfi ilə aparılan müvafiq iş nəticəsində 2026-cı ilin mart ayında Apostil Konvensiyası iki dövlət arasında tam qüvvəyə minib. Beləliklə, Almaniyada verilən rəsmi sənədlər yalnız Almaniyanın müvafiq dövlət qurumları tərəfindən apostil möhürü ilə təsdiq olunur və bu, həmin sənədlərin Azərbaycanda tanınması üçün kifayətdir. Artıq əlavə olaraq bu sənədlərin Berlindəki Azərbaycan Səfirliyində leqallaşdırılmasına ehtiyac yoxdur", - səfir qeyd edib.

N.Ağayev, həmçinin vurğulayıb ki, Azərbaycanda verilmiş sənədlər də yalnız apostil möhürü ilə Almaniyada tanınır və Almaniyanın Bakıdakı səfirliyində əlavə leqallaşdırma tələb olunmur:

"Bu mühüm yenilik Azərbaycan ilə Almaniya arasında qarşılıqlı etimada əsaslanan səmərəli əməkdaşlığın xalqlarımızın maraqları naminə davamlı şəkildə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirir".(report)

Oxunub: 9

Son xəbərlər

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

Bütün xəbərlər