gundem / idman
12.05.2026
Bomba xəbərdarlığı ilə gündəm olan stadionda daha bir TƏHLÜKƏ SİQNALI: kütləvi təxliyə həyata keçirilib
Moskvanın "VTB Arena" stadionunda keçirilən "Dinamo" və "Krasnodar" komandaları arasındakı futbol matçı başa çatdıqdan dərhal sonra tamaşaçıların təxliyəsinə başlanılıb.
DogruXeber.tv bildirir ki, "REN-TV" telekanalının yaydığı məlumata görə, oyunun final fitindən sonra arena əməkdaşları azarkeşləri əsas və qəza çıxışları vasitəsilə stadionu təcili tərk etməyə çağırıblar. Hadisə yerinə Rusiya Qvardiyasının əməkdaşları cəlb olunub və binaya daxil olublar.
"Sport-Ekspress" nəşrinin verdiyi məlumata əsasən, təxliyəyə səbəb mümkün təhlükə barədə daxil olan siqnal olub. Təhlükəsizlik qaydalarına uyğun olaraq, stadionun ərazisi xidməti itlərin köməyi ilə yoxlanılıb, lakin araşdırmalar nəticəsində "VTB Arena"da hər hansı təhlükəli əşya aşkar edilməyib.
Qeyd edək ki, dekabrın 12-də də paytaxtın Leninqrad prospektində yerləşən bu stadiondan anonim bomba xəbərdarlığı səbəbindən təxminən 1500 nəfər təxliyə edilmişdi./32gun.az



