Burada Rusiya-Çin danışıqları keçiriləcək

Rusiya Prezidenti Vladimir Putin Pekində yerləşən Çin Xalq Nümayəndələri Evinə gəlib. Burada Rusiya-Çin danışıqları keçiriləcək.

DogruXeber.tv TASS-a istinadən xəbər verir ki, Tiananmen meydanının qərb hissəsində yerləşən binada Rusiya və Çin nümayəndə heyətləri arasında həm məhdud, həm də geniş tərkibdə görüşlər planlaşdırılıb. Səfər çərçivəsində Putinin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə də görüşü nəzərdə tutulur.

Diplomatik protokola uyğun olaraq, danışıqlardan əvvəl rəsmi qarşılama mərasimi keçirilib.

Si Cinpin qonağını Tiananmen meydanında fəxri qarovul dəstəsinin qarşısında qarşılayıb. Putin meydana “Aurus” markalı avtomobillə gəlib. Liderlər səmimi şəkildə əl sıxıblar və Çin hərbi orkestrinin ifasında səslənən “Podmoskovnıye Veçera” mahnısının sədaları altında onları salamlayan uşaqların yanına yaxınlaşıblar.

Bundan sonra Putin və Si Cinpin hər iki ölkənin nümayəndə heyətlərini salamlayıblar.

Rusiya Prezidentini Çinə səfərdə 39 nəfərlik nümayəndə heyəti müşayiət edir. Heyətdə baş nazir müavinləri, nazirlər, Prezident Administrasiyasının nümayəndələri, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, iri dövlət korporasiyalarının və bankların rəhbərləri yer alıblar.

Mərasim zamanı Çin Xalq Azadlıq Ordusunun hərbi orkestri hər iki ölkənin dövlət himnlərini ifa edib. Liderlər fəxri qarovul dəstəsinin önündən keçərək hərbi paradı izləyiblər.

Təxminən 15 dəqiqə davam edən mərasimdən sonra Putin və Si Cinpin qırmızı xalça ilə Çin Xalq Nümayəndələri Evinə daxil olublar. Liderlər burada ənənəyə uyğun olaraq birgə rəsmi foto çəkdiriblər.
Burada Rusiya-Çin danışıqları keçiriləcək

Burada Rusiya-Çin danışıqları keçiriləcək

Burada Rusiya-Çin danışıqları keçiriləcək

Son xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Bütün xəbərlər