Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar:“Tomoqrafiya bazarı”ndan tutmuş “ailə podratı”na qədər…nda

Səhiyyə sistemindəki islahatlar, icbari tibbi sığortanın tətbiqi əhalinin keyfiyyətli tibbi xidmətə çıxışını təmin etməli olduğu halda, bəzi dövlət tibb müəssisələri hələ də köhnə idarəetmə metodlarından, korrupsiya və qohumbazlıq iddialarından can qurtara bilmir.

DogruXeber.tv: Redaksiyamıza daxil olan şikayət və məlumatlar əsasında apardığımız araşdırma göstərir ki, belə acınacaqlı vəziyyətin hökm sürdüyü ocaqlardan biri də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutudur. Burada rentgen, kompyuter tomoqrafiyası (KT) və spiometriya müayinələri ətrafında qurulan “sistem” həm dövlət qanunlarını heçə sayır, həm də ağır xəstələrin həyatını təhlükəyə atır.

İnstituta müraciət edən xəstələr, xüsusilə də vərəm və ağır tənəffüs yolları xəstəliyindən əziyyət çəkənlər bildirirlər ki, KT (kompyuter tomoqrafiyası) müayinəsindən keçmək üçün aylarla növbədə gözləməli olurlar. Rentgen otaqlarının qarşısında isə saatlarla davam edən insan növbələri adi hala çevrilib.

Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, institutun digər korpuslarında analoji aparatlar mövcud olsa da, onlar xidmətə verilmir, sanki qəsdən gizli saxlanılır. Xəstələrin iddiasına görə, bu süni növbələrin yaradılmasının yeganə səbəbi “növbədənkənar” müayinə xidməti təşkil etmək və xəstələrdən qeyri-qanuni pul qoparmaqdır. Beləliklə, dövlətin xalqın istifadəsi üçün ayırdığı bahalı avadanlıqlar bəzi şəxslərin şəxsi gəlir mənbəyinə, institut isə qapalı bazara çevrilib.

Daxil olan məlumatlarda ən vahiməli iddialardan biri də institutda reallığa çevrilən “pensiya və hərbi çağırış” alveridir. İddia olunur ki, saxta diaqnozların qoyulması, pensiya təyinatı üçün əsas sayılan sənədlərin düzəldilməsi və hərbi xidmətdən yayınmaq istəyənlərə “yardım” edilməsi sahəsində müəssisədə “açıq bazar” formalaşıb.

“Pensiya işində və hərbi komissiyadan keçid prosesində ən əsas, taleyüklü müayinələr məhz rentgen, KT və spirometriadır. İşbazlar məhz bu üç müayinənin cavablarını manipulyasiya edərək qanunsuz işləri həll edirlər. Ona görə də hazırda institutda Rentgen şöbəsi, KT və Spirometriya otağı bu qanunsuzluqların öncül sırasındadır”.

Bəs institutda bərqərar olan bu dözülməz vəziyyətin arxasında kim dayanır?

İddialara görə, 2022-ci ildə instituta direktor təyin olunan İradə Axundova tabeliyindəki aparatların işlədilməməsindən tam məlumatlıdır və mövcud “status-kvo”nun qalmasında birbaşa maraqlıdır.

Qeyd edilir ki, İradə Axundova təyinatından qısa müddət sonra tibb ocağını sanki özünün şəxsi obyekti kimi idarə etməyə başlayıb, qohum-əqrabasını institutun ən gəlirli və strateji vəzifələrinə yerləşdirib:

Qəmər Əhmədzadə (yaxın qohumu) – Laboratoriya şöbəsinin müdiri;

Atif (yaxın qohumu) – Ümumi şöbənin müdiri;

Afaq (xalası qızı) – Statistika şöbəsinin müdiri;

Atəş müəllim (yaxın qohumu) – Direktor müavini / Şöbə müdiri.

Direktor öz yaxın qohumlarına dövlət büdcəsindən 2-3 min manat civarında yüksək maaşlar təyin etməklə müəssisədə tam bir “ailə podratı” yaradıb. İnstitutda hər hansı bir həkim və ya əməkdaş bu özbaşınalığa, qanunsuzluğa etiraz etdikdə isə dərhal direktorun qohum-əqrabası və onların tabeliyindəki işçilərin əli ilə təzyiqlərə məruz qalır, “gözümçıxdı”ya salınır.

Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa əsasən, vəzifəli şəxslərin öz yaxın qohumlarını birbaşa tabeçiliyində olan işə götürməsi qəti qadağandır. Belə bir hal yarandıqda, həmin şəxslər qısa müddətdə başqa işə keçirilməli və maraqlar toqquşması aradan qaldırılmalıdır. Lakin İradə Axundova hər ötən gün bu qanunu nümayişkaranə şəkildə pozmaqda davam edir.

İnstitutun adının çəkilməsini istəməyən əməkdaşları redaksiyamız vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət ediblər: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və ya Hesablama Palatası bu institutda ən səthi yoxlama belə aparsa, İradə Axundovanın və onun qohum şəbəkəsinin yol verdiyi milyonluq yeyintilər, laboratoriya, reanimasiya, rentgen və KT şöbələrində batan korrupsiya bataqlığı ifşa olunacaq”.

Ümid edirik ki, Səhiyyə Nazirliyi və müvafiq hüquq-mühafizə orqanları Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaşanan bu “ailə dramı” və maliyyə yeyintiləri barədə təcili tədbirlər görəcək.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna sorğu ünvanlayıb. Kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik. Bütün hallarda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və direktor İradə Axundovanın mövqeyini dərc etməyə hazırıq.(poliqon)

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər