Evdən qaçan təzə gəlinin qaynatası: “O bizi şərləyib, deyir guya...”













"Gəlinim tapılıb. Amma kaş ki, tapılmayaydı”.

Bunu AzNews.az-a açıqlamasında Göygöl rayonunda evdən qaçan iki aylıq gəlin - Asiya Ağakişiyevanın qaynatası Tanrıverdi Bayramov deyib. Onun sözlərinə görə, Asiya polis şöbəsinə verdiyi izahatda qaynatasının ünvanına ağır ittihamlar yazıb:

"Gəlin olasan, oturduğun yerdə evindən qaçasan və adama heç nədən şər atasan? Gəlinim bizi şərləyib. Deyib ki, qaynatam mənə zəhər verib. Polis şöbəsində izahat verib ki, guya onu Gəncədə bir qoca arvad saxlayıb, onunla qalırmış. Anlaya bilmirəm, qoca arvad 13 gündə çıxıb bir dəfə zəng eləmədi, demədi ay qonşu, evimə bir qız gəlib? Ay bala, sənin atan, anan narahat olar? Asiya hazırda atası evindədir. Bir dəfə bizdə olanda pomidor turşusundan zəhərlənmişdi. Atasına dedim ki, qızın zəhərlənib. Gəldik ona su, qatıq verdik, keçdi. İndi gedib polis şöbəsində izahat verib ki, "məni yola vermirdilər, zəhər içib özümü öldürmək istədim”. Oturduğum yerdə işə düşmək buna deyirlər. Mən bunu belə qoymayacam. Axşam onunla üz-üzə oturdum. Dedim ki, biz sənə güldən ağır nə demişik? Başını salıb aşağı, polisə deyir ki, "məni burdan apar”. İki ay evimin gəlini olub, ona gözün üstə qaşın var deyən olmayıb”.

Tanrıverdi Bayramovun sözlərinə görə, Asiya evliliyi ilə bağlı son fikrini bildirib: "Qız deyir ki, mən o evə qayıtmayacağam. İkincisi də, o gəlin bundan sonra mənə lazım deyil. Bu biabırçılıqla mən yaşaya bilmərəm. Mən kamerada onun getməyinə yenidən baxdım. O, evdən çıxanda hazırlıqlı çıxıb. 3 dənə üst-üstə kofta geyinib, sonra başqa seylər də götürüb könüllü şəkildə taksiyə oturub gedir. Hara gedir, onu kim qarşılayıb - bax bu, artıq polisin işidir. O gəlini mən aparıb neyləyəcəm? Oğlum da onu qəbul eləmir. Bütün kənd bizi tanıyır, 13 gün evdə olmayan gəlini kim evinə buraxar? Bütün Azərbaycan bizdən danışır”.

Xatırladaq ki, Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində yaşayan 20 yaşlı Asiya Ağakişiyeva 13 gün axtarışdan sonra Gəncədə kirayə tutduğu mənzildə tapılıb.

Son xəbərlər

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Bütün xəbərlər