“Sürücülər cərimələnəcək” – DİQQƏT: artıq təcili-yardımın kameraları çəkir





Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Amma bu respublikanın bütün təcili tibbi yardım maşınlarına aid edilməyəcək. Bu yenilik Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına aiddir

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə əlaqəli süjet hazırlayıb.

Mirələm Cəlalov - Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: “Həmin kameralar internet üzərindən canlı olaraq dispetçer məntəqəsiylə bağlantı yaradır. Bizim burada oturan dispetçer vəziyyətə nəzarət edəcək”.

Kameralar vasitəsilə hadisənin miqyası qiymətləndiriləcək. Qəza, yaralılar, ağır vəziyyətlər olarsa GPS naviqasiya vasitəsilə həmin yer müəyyən edilir və əlavə həkim briqadasını qəza yerinə göndərir. Bunun üçün artıq məşhur texnoloji şirkətlərlə danışıqlar aparılır. Hansı ki, onlar təcili tibbi yardım maşınlarında kameralar quraşdıracaqlar.

Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunur. Təcrübəyə digər təcrübəni də əlavə etmək olar. Məsələn quraşdırılacaq kameralar həkimlərə, qəzaya nəzarət etmək üçündür. İnsanlara yerində yardımı nəzərdə tutur. Digər tərəfdən təcili yardım maşınına yol verməyən digər sürücüləri də qeydə ala bilər.

Ərşad Hüseynov - Nəqliyyat eksperti: “Müəyyən olunsa ki, yol verə bilərdi, lakin bilərəkdən yol verməyib, o zaman bu barədə tədbir görülə bilər”.

Bəli, bu da lazımdır. Çünki təcili tibbi yardıma yol verməyən sürücülər var. Və bu hal da qanunla tənzimlənir. Kamera görüntüsü bazaya yönlənsə polisə də məlum olar ki, təcili tibbi yardım maşınına hansı sürücü yol vermir və onun cəzalandırar.

Digər bir məsələ, bəzi təcili yardım maşını sürücüsü tibbi maşını başqa məqsədlər üçün istifadə edir. Bax buna da kameralar vasitəsilə nəzarət olunar. Təcili çıxışda olmayanda qəza səsləri verməz, sürət həddini aşmaz.

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılması regionlarda ona görə olacaq ki, böyük qəzalar magistral yollarda, bölgələrə yaxın ərazilərdə baş verir. Bu yenilik 2018-ci il üçün nəzərdə tutulub. Yəni tezliklə həyata keçiriləcək.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər