bolge
21.03.2018
Şəmkirdə çay evi yanıb
![]()
Şəmkirdə yanğın olub. dogruxeber.tv-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qaracəmirli kəndində ümumi sahəsi 464 m² olan çay evində baş verib. Nəticədə evin çardağının yanar konstruksiyaları 300 m² sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


