Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib? - FOTOLAR






Soyadı Akopyan və biri general, digəri deputat olan iki erməni xadimi öz bəyanatları ilə sosial şəbəkələrdə müzakirə dalğası yaradıb və erməni ictimaiyyətini silkələyiblər.

BiG.Az xatırladır ki, virtualaz.org-un artıq yazdığı kimi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Movses Akopyan bildirib ki, Qarabağda yeni müharibə variantını istisna etmir. Üstəlik onu da iddia edib ki, erməni ordusu bu müharibəyə hazırdır.

Maraqlıdır ki, Movses Akopyanın bəyanatından dərhal sonra Rusiya Strategiya və Texnologiyaların Analizi Mərkəzi Qafqazda münaqişələrə həsr edilmiş "Cənubi Qafqaz: tufanlar ərəfəsində" adlı genişmiqyaslı tədqiqatını ictimailəşdirib. Kitabda aparıcı ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin praktik olaraq tam üstünlüyünü qeyd ediblər və bununla Movses Akopyanın sözlərini, sözün həqiqi mənasında, yalana çıxarıblar.

Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib? - FOTOLARErmənistanın hakim Respublika partiyasını təmsil edən deputat Miqran Akopyan isə daha uzağa gedib. O, "aprel müharibəsi" zamanı 800 hektar ərazinin (Azərbaycanda 2000 hektar haqda danışırlar – red.) itirilməsi ittihamına cavab olaraq deyib ki, əvəzində Serj Sarkisyanın prezidentliyi dövründə ermənilər Naxçıvanda 20 min hektarı (!) nəzarət altına almağı bacarıblar.

Bəzi erməni KİV-ləri də bu informasiyanı, necə deyərlər, göydə tutublar. Məsələn, "Lraqir" qəzeti 2014-cü ilin iyunundakı hansısa əməliyyatdan bəhs edib: "Onda qeyri-rəsmi mənbələr bildirdilər ki, erməni qüvvələri neytral zonada 100 kvadrat kilometr əraziyə nəzarəti ələ aldılar, özü də döyüşsüz. Və nəticədə azərbaycanlılar qoşunları, təhlükəsizlik baxımından, əvvəlki mövqelərdən geri çəkməyə məcbur edildilər. Deputat deyib ki, bunun sayəsində Naxidcavan (Naxçıvan-red.) şəhəri və aeroport atəş zonasına düşüb".

2014-cü il həqiqətən də sakit il deyildi. Xatırlatmaq kifayətdir ki, Ermənistanın vertolyotu məhz onda-erməni ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər apardığı zaman vurulmuşdu.

Amma 20 min hektar haqda, hansı ki, guya Azərbaycan Naxçıvanda itirib, heç kəs heç nə eşitməyib. Və təsadüfi deyil ki, hətta sosial şəbəkələrinin erməni seqmentinin istifadəçiləri və məşhur bloqerlərı Miqran Akopyanı ələ salmağa başlayıblar.

Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib? - FOTOLARMəsələn, "Yerevanets" adlı məşhur bloqer "Kavkazskiy uzel" saytında "Naxidcavan tezliklə bizim olacaq...:)))" başlığı altında yazı dərc edib.

Həmin yazıda deyilir ki, bu günlərdə "Qraparak" qəzetinin ("Meydan") müxbiri ilə söhbətdə hakim respublika Partiyasından deputat Miqran Akopyan Serj Sarkisyanın idarəçiliyi dövründə Ermənistanın ərazi uğurları qazandığını bildirib. O qeyd edib ki, onlar torpaq itkisi verməyiblər, sadəcə

həmin 800 hektar əraziyə nəzarət etmək onlar üçün çətin olub, daha dəqiqi, buna həvəsləri olmayıb: "Və əgər biz indi hektarları hesablamağa başlasaq, onda deyəcəyəm ki, Serj Sarkisyanın idarəçiliyi dövründə biz Naxidcavan istiqamətində 20 min hektar ərazi əldə etmişik - baxın, görəcəksiniz".

Bloqer daha sonra yazıb: "Bir sözlə, belə çıxır ki, Serj Sarkisyan Azərbaycanın, bütün dünyadan xəbərsiz, 20 min hektar torpağını gizli fəth edib və bunu heç kim bilmir! Hətta azərbaycanlılar susurlar!

Əslində isə nəinki 20 min hektarı, 20 santimetr torpağı belə fəth etsəydi, Serj Sarkisyana hər ay Milli Qəhrəman ordeni verərdilər!

Əgər iş bundan sonra da belə gedəcəksə, onda respublikaçılar tezliklə bildirəcəklər ki, Serj Sarkisyan artıq İqdırı götürüb və Muşa, Ardağana yaxınlaşır...".

Bizcə, erməni bloqerin bu qeydlərinə nə isə əlavə etməyə ehtiyac yoxdur


Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib? - FOTOLARErmənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib? - FOTOLAR

Son xəbərlər

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Bütün xəbərlər