dunya
3.04.2018, 08:52
ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

ABŞ-ın İndiana ştatında iki təyyarə toqquşub.
dogruxeber.tv-ın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib. Hadisə Marion şəhərinin hava limanında qeydə alınıb.
“Cessna 150” və "Cessna 525 Citation" markalı təyyarələrin uçuş-enmə zolağında toqquşması nəticəsində 2 nəfər ölüb.
Ehtimala görə, qəza təyyarələrdən birinin yerə endiyi, digərinin isə havaya qalxdığı zaman baş verib. İnsidentin səbəbləri müəyyənləşdirilir.


