Şəhid və itkin ailələrinə “qanpulu” bu tarixdən veriləcək – Nazirlikdən AÇIQLAMA















Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.
Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Bəs şəhid və itkin ailələrinə “qanpulu” adlandırılan ödəmələrin verilməsinə nə vaxtdan başlanılacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid və itkinlərin vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün yaradılan yeni qaydalar 11 min manatın 1-dən artıq vərəsə arasında bərabər və şəffaf bölünməsinə imkan yaradacaq.
Qeyd olunub ki, şəhid ailələrinə birdəfəlik ödəmələrin vaxtında edilməsi üçün işlər sürətlə davam etdirilir:
“Avqust ayının əvvəlinə qədər şəhid ailələrinin ümumiləşdirilmiş siyahısı və onlar haqda məlumatlar 3 dövlət qurumu-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək.
Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi yalnız nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək. Bu siyahının isə sentyabr ayının ortalarında nazirliyin rəsmi saytında dərc edilməsi planlaşdırılır. Bu tarixdən etibarən vərəsəlik hüququ təsdiq edilən şəxslərin birdələlik ödəməni alması üçün yalnız notariat orqanlarına müraciət etməsi kifayət edəcək”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin şəhid vərəsələrinə birdəfəlik ödəmələrin edilməsi üçün 19 apreldə imzaladığı fərman 1997-ci il avqustun 2-dək şəhid olan və itkin düşən şəxslərin ailələrinə şamil edilir. İlkin hesablamalara görə, bu fərman 9 minə yaxın şəhid və itkin ailəsinə şamil ediləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər