“Elçibəyə abidə qoyulmalıdır” – Arif Rəhimzadə














Bakıda Məhəmməd Əmin Rəsulzadəyə abidə mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir”.

“ dogruxeber.tv ” xəbər verir ki, bunu “Yeni Müsavat”a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O, bildirib ki, Azərbaycan xalqına xidmət edən, Azərbaycan xalqı qarşısında nailiyyətləri olanların hamısının adı əbədiləşdirilməlidir.

Parlamentdə etdiyi çıxış zamanı “Azərbaycanda dövlətçiliyin əsasını ruslar qoyub” fikrinə aydınlıq gətirən A. Rəhimzadə həmin iclasdan danışıb:

– O söhbət bilirsiniz nəyə görə yarandı? Bizim qəzetçilər həmişə bir sitatı götürüb onun əsasında oynamağa başlayırlar. Adların dəyişməsi ilə bağlı müzakirələr gedirdi. Çıxış edənlər başladılar ki, biz çox gecikmişik. Bunu gərək çoxdan edəydik. Sovet dövründə verilən adların hamısını dəyişək. Düzgün olmayıb, nə bilim nə olub… Mən də dedim ki, sovet dövrünün qəddarlığına baxmayaraq, müsbət cəhətləri də olub axı…

Gəlin onda Nəriman Nərimanovun adı ilə bağlı olan yerlərin də adlarını dəyişək, o da sovet dövründə olub. O adam ki, həqiqətən Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyib, onun adını dəyişdirmək olar. Amma məsələn, Ağamalıoğlu Azərbaycan xalqına nə edib, nə ziyan vurub? Biz onun adını niyə dəyişək?
İkinci məsələ bu oldu ki, mən Mixaylovka kəndi haqqında danışdım. Göygöl rayonunun Mixaylovka kəndi 1845-ci ildə yaradılıb, özü də ona qədər orada yaşayış olmayıb. Rusların xristianlıqdan bir az fərqlənən nümayəndələri var, onlara “malakan” deyirlər. Çar hakimiyyəti də həmişə onları sıxışdırırdı və mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Misal üçün, Rusiyada Morozov var idi, milyonçu idi, onun kimi zənginləri də sıxışdırırdılar. Digər məqsəd ondan ibarət idi ki, imperiyanın sərhədində xristianları yerləşdirsinlər. Yəni özlərinə çox xoş gəlməyənlər də olsa, məhz xristianları yerləşdirmək istəyirdilər. Elə erməniləri də o səbəbdən gətirib orada yerləşdirdilər, ona görə yox ki, ermənilərə bənd olmuşdular. Mövqe bu idi ki, necə xristian olur-olsun, qeyri-müsəlmandan xristian yaxşıdır. Elə bir kəndin adının dəyişdirilməsi, məncə, düzgün deyil.

Ona görə ki, biz bu kəndin adını deyəndə istər-istəməz həmin tarixi yadımıza salırıq. Niyə bu Mixaylovkadır? Hə, deməli, keçmişdə belə bir imperiyanın tərkibində olmuşuq, Azərbaycanı sıxışdırıblar, bura başqa xalqları köçürüblər. Bundan sonra oranın Günəşli, ya Çəmənli adlandırılması orda yaşayan, yaxud yaşayacaq insanlara nə deyəcək?

Tarix xoşumuza gəlsə də, gəlməsə də, onu inkar etmək tamamilə səhvdir.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər