“Arxası möhkəmdir, fəhlələrə qul kimi davranır” – Ekspertdən məmurlara ağır ittiham













İmişlidə pambıq tarlasında dərman preparatlarından kütləvi zəhərlənmə və son vaxtlarda bu halların tez-tez təkrarlanması problemin nə dərəcədə ciddiləşdiyini göstərir.

Baş verən hadisə bu dərmanlardan istifadə qaydalarını və onlardan necə qorunmaq məsələsini də gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən iqtisadçı-ekspert Vahid Məhərrəmov həyəcan təbili çalıb:

“Zərərvericilərə qarşı istifadə olunan dərman preparatları insan orqanizminə öldürücü təsir göstərir. Həmin preparatların üzərində xüsusi istifadə qaydaları göstərilir.

Həşəratlara qarşı tətbiq olunan dərmanların əksəriyyəti xüsusi təlimatlar əsasında istifadə olunmalıdır.
Bir müddət öncə, Saatlıda, Tərtərdə, indi də İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə halı baş verib. Görünür, dərmanların dozasını artırıblar, qədərindən artıq istifadə olunub. Həmin fəhlələr tarlaya çıxarkən, ilk növbədə maarifləndirilməli idilər. Onlara xüsusi təlimlər keçirilməli idi. Bu işi üzərinə götürən sahibkar arxası möhkəm olduğu üçün heç kimdən qorxmur. Məsuliyyətdən yayınırlar. Sahibkarla həmin fəhlələr arasında müqavilə olmalıdır. Amma bu müqavilə yoxdur. Heç birinin sığortası yoxdur. Bu dərman preparatları, kimyəvi maddələrdən sovet dönəmində daha çox istifadə olunurdu, amma o vaxt belə kütləvi zəhərlənmə hadisələri heç baş vermirdi. Günahkar bu sahəyə məsul olan məmurlardır. Fəhlələrə qul kimi davranırlar. Düşünürlər ki, ölər ölsün, digərləri gəlib işləyəcək. Baş verən hadisədə günahı olanlar cinayət məsuliyyətinə cəlb edilməsə, bu, daha ağır nəticələrə gətirib çıxaracaq”.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər