Qarabağ qazisi, yoxsa dilənçi? – Bu foto hamını kövrəltdi…













Dünən “20 Yanvar” metro stansiyasının yaxınlığında çəkilmiş, protezlərini çıxarıb kənara qoymuş bir şəxsin təsvir olunduğu foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, qəzet köşkünün arxasında çəkilmiş şəklin qısa müddətdə sürətlə yayılmasına səbəb isə həmin şəxsin Qarabağ qazisi olma iddialarıdır. Eyni zamanda fotonu paylaşıb, ona şərh bildirənlər arasında bu şəxsin qazi yox, dilənçi olduğunu deyənlər də az deyil.

Fotonun müəllifi jurnalist Əziz Əlibəyli qeyd edib ki, ona bu barədə məlumatı ətrafdakı vətəndaşlar verib. Bildiriblər ki, metroda xidmət edən polis əməkdaşı onu gün ərzində üç – dörd dəfə dikəltsə də, o, yenə yerə yıxılır.

“Qafqazinfo” bu gün həmin şəxsi tapmaq üçün fotonun çəkildiyi ərazidə olub. Qazi olduğu deyilən şəxs orada olmasa da, ətrafdakılar onu tanıdıqlarını, dünən halı pisləşdiyi üçün təcili yardım maşını ilə xəstəxanaya aparıldığını söyləyiblər. Həmçinin ətrafdakı işçilər fotoda təsvir olunan vətəndaşın dilənçi olduğunu təsdiq etməyiblər:

“Həmin şəxsi həmişə burada görmürük. Son 3-4 gündə gəlir, protezlərini çıxarıb otururdu. Nə dilənirdi, nə bir şey. Dünən günorta yolda yıxıldı, təcili yardım çağırdıq, apardılar”.

Əməkdaşımız məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxlayıb. Nazirlikdən hazırda məsələ ilə bağlı araşdırma aparıldığını və qısa müddətə həmin şəxsin kimliyi ilə bağlı məlumat veriləcəyini bildiriblər.

Günel Hacı

Qarabağ qazisi, yoxsa dilənçi? – Bu foto hamını kövrəltdi…

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər