“Sosial şəbəkələr nəzarətə götürülməlidir” – Hadi Rəcəbl Gəncə hadisəsini belə şərh edir













“Dünyada politologiya elmi ilə yanaşı, konfiliktologiya elmi də var. Siyasətşünaslıq və münaqişəşünaslıq. Bütün dünyada gedən prosesləri münaqişəşünaslıq elmi vasitəsilə idarə edirlər. Suriyada, Misirdə və digər ölkələrdə gedən proseslərə baxsaq, görərik ki, bunların hamısında o elmdən istifadə ediblər. Yəni, bu gün bütün dünyada cəmiyyət problemsiz deyil. Bütün ölkələrdə problemlər, qəzalar, hadisələr olur. Ancaq bu o demək deyil ki, həmin cəmiyyət və dövlət dağılmalıdır”.

dogruxeber.tv xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında deputat Hadi Rəcəbli iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

Deputat bildirib ki, dünyada münaqişə yaradan bir neçə problem var: “Bunlar, milli və etnik ayrı-seçkilik, dini və təriqət ayrı-seçkiliyi, ərazi iddiaları və sonuncusu sosial məsələdir. Bu hallarda isə bilavasitə dini ekstremizm özünü göstərir. Biz sosial şəbəkələrdə yayılan məlumatlara diqqətlə baxmalıyıq. Mən bu gün sevinirəm ki, bütün çıxış edənlər bildirirlər ki, “Hadi müəllimin dediyi və insanların qəbul etmədiyi “söyüş söyən, dövlətin əleyhinə təxribat aparan sosial şəbəkələr nəzarətə götürülməlidir” fikri tam doğrudur”. Həqiqətən də belə sosial şəbəkə səhifələri nəzarətə götürülməlidir. Bu gün Azərbaycanda iqtidar-xalq birliyi var. Gəncədə baş verən təxribatlar vətəndaşlarımızı daha da ayıq-sayıq olmağa çağırır. Bildiyimiz kimi, məlum hadisə zamanı 2 yüksək vəzifəli polis zabitimiz şəhid oldu. Niyə bilavasitə cinayətkarlar vəzifəli zabitlərimizi öldürüblər? Niyə oradakı serjanta, hadisəni çözən adamlara təcavüz edilməyib və bu 2 zabit qətl edilib? Bu bir daha onu göstərir ki, Gəncədə baş verən hadisələr təşkil olunub və Azərbaycanın sabitliyini görmək istəməyən qüvvələrin xeyrinədir”.

Hadi Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazı yazan, adamları kütlə psixologiyasına uyğun olaraq qızışdıran qüvvələrin hər birini təhlil edən zaman görərik ki, bunların hamısı dövlətin, xalqın əleyhinə olan insanlardır:

“Ona görə də ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, münaqişəşünaslıq elminin əsaslarına uyğun olaraq biz belə hisslərə, kütlə psixologiyasına uymamalıyıq”.

Deputat həmçinin qeyd edib ki, Gəncə qədər Azərbaycanda yeniləşən, müasirləşən ikinci bir şəhər təsəvvür etmir:

“Bu şəhərdə sözün əsl mənasında Azərbaycanın qədim diyarı bərpa olunub. Şəhərdə bərpa işləri aparılıb, insanlara xüsusi şəraitlər yaradılıb, yeni iş yerləri açılıb, parklar, binalar tikilib. Bu gün Gəncə dünyəvi şəhərə çevrilib. Orada bir neçə beynəlxalq tədbirlər keçirilib. Bu hadisələr bir daha onu göstərir ki, Gəncədə baş verən iğtişaş tamamilə təxribatdır”.

Oxunub: 757

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər