İcra başçılarına “danışmamaq” tapşırığı verilməyib – deputat













Bəxtiyar Sadıqov: “Biz elə dövlət deyilik ki, açıq danışıqdan, mətbuatla təmasdan qaçaq…”
Digər sahələrdən fərqli olaraq, jurnalistikada daim dinamika var. Gündəlik xəbərlər, dünyada və ölkədə baş verən hadisələr bu sahənin maraqlı tərəflərindəndir.

Diktofonu qoşdun, müsahibinə sual verdin və yazdın. Nə var ki, bunda? Amma bu, məsələni, görünən üzüdür. Bir də məsələnin görünməyən üzü var. Müsahibini müsahibəyə razı salmaq o qədər də asan deyil. Zənglərin cavabsız qalır, üzünə qapılar açılmır və s. Əsas da ayrı-ayrı rayonların icra başçılarından açıqlama almaq müşkülə dönüb. Belə iddia var ki, icra hakimiyyətlərinin başçılarına göstəriş verilib ki, sussunlar, heç bir jurnalistə açıqlama verməsinlər.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov icra başçılarının jurnalistlərlə təmasdan qaçmasına münasibət bildirərkən “Yeni Müsavat” a deyib ki, dövlət tərəfindən belə bir tapşırıq olmayıb: “Dövlət başçısı bütün mövzular və məsələlərlə bağlı daim müxtəlif mətbu orqanların nümayəndələrinə müsahibə verir. Hər dəfə müxtəlif tədbirlər olur, orada nitq söyləyir, məruzə edir. Orada biz jurnalistləri nəzərə alıb ən aktual mövzulara toxunur, dövlətin daxili və xarici siyasəti ilə bağlı məqamlara aydınlıq gətirir və bizim dadımıza çatan, yazılarımızda kara gələn çoxsaylı rəqəmlər səsləndiririk. Jurnalistlərlə təmasa girmək üçün insanın özünün hazırlığı, müəyyən səviyyəsi olmalıdır. Jurnalistdən qaçmaqla, onunla dava etməklə heç nəyə nail olmaq mümkün deyil. Jurnalistlə dost olmaq lazımdır. Jurnalist cavandırsa, hər hansı bir məsələ ilə bağlı sənin fikrini təhrif edirsə, əsas məsələ qalıb, ikinci dərəcəli məsələləri qabardıb ondan süni sensasiya yaradırsa, bu iradını növbəti dəfə ona bildirə bilərsən. Deyərsən, bu cür vəziyyətdə əməkdaşlıq etmək istəmirəm. Eyni zamanda həmin jurnalistləri də tərbiyələndirərsən. Amma dövlətdən icra başçılarına ”sus”, “danışma” tapşırığı olmayıb. Biz elə dövlət deyilik ki, açıq danışıqdan, mətbuatla təmasdan qaçaq?! Hamı çalışmalıdır ki, həm mətbuatı qane edən cavablar versin, yaxud o mövzuda danışmaq istəməyəndə desin, “üzr istəyirəm, bu mövzuda danışmaq istəmirəm”. Bütün hallarda isə jurnalistin telefonuna cavab verməmək, əməkdaşlıq etməmək yaxşı hal, çıxış yolu deyil”.

Millət vəkili onu da qeyd edib ki, jurnalistin sualını cavablamaq hər bir məmurun borcudur: “Jurnalistlər sadə insanlar deyil. Jurnalistlərin də hamısı eyni niyyətli deyil. Bunlara baxmayaraq, Azərbaycanda mətbuat azadlığı var. Jurnalistin suallarını cavablamaq hər bir məmurun borcudur. O başqa məsələdir ki, onun vaxtı, imkanı olmasın. Onda mətbuat xidmətləri, yaxud o məsələ ilə bağlı şöbə müdirləri var. Onlar hökmən jurnalistin verdiyi suala cavab verməli, maraqlandığı məsələlərə aydınlıq gətirməlidirlər. Bu, onların həm də vəzifə borcudur. Onlar dövlət başçısından nümunə götürməlidirlər”.

B.Sadıqov jurnalistlərin təhqir olunmasına da münasibət bildirib: “Bəzən görürsən ki, jurnalist icra başçısına kəskin sual verir. Həmin jurnalistə mədəni şəkildə ”yox” demək, yaxud “bu suala cavab vermək istəmirəm”, – demək əvəzinə bir də görürsən kimsə jurnalisti aşağılayır, ona acı söz deyir. Bəzən təhqiramiz ifadələr də işlədir. Azərbaycan demokratik dövlətdir. Bizim YAP-ın funksionerləri, millət vəkillərimiz, dövlət başçısını nümunə götürən çoxsaylı nazirlərimiz var ki, bunlar daim jurnalistlərlə ünsiyyətə girir, jurnalistin bütün suallarını cavablandırırlar. Və bəzən xoş niyyətlə verilməyən sualı təhqirə yol vermədən jurnalistə başa salır ki, çalışın bizimlə əməkdaşlıq edin. Sualı verəndə elə verin ki, sonradan ondan sensasiya düzəldib, qaşınmayan yerdən qan çıxarmayasınız”.

Oxunub: 941

Son xəbərlər

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Bütün xəbərlər