gundem
23.07.2018, 15:16
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib – Fotolar

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.




