dunya
9.08.2018, 09:18
Müsəlman qadın ilk dəfə ABŞ-da konqresmen olacaq

Fələstinəsilli ABŞ vətəndaşı Rəşidə Tlaib Miçiqan əyalətində Demokratlar Partiyasının seçkilərində ilk mərhələsində qələbə qazanıb.
”dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, səslərin 33,6%-ni toplayan Rəşidə rəqibi qalmadığından noyabrın 6-da Konqressə seçilən ilk müsəlman qadın olacaq.


