dunya
25.08.2018, 08:58
Rusiya Mərkəzi Bankında yanğın - Video

Rusiya Mərkəzi Bankının Moskvanın Neqlinnaya küçəsində yerləşən inzibati binasında yanğın baş verib.
“dogruxeber.tv” “RİA Novosti”yə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində başlayan yanğın 30 kvadrat metr ərazini əhatə edib. Binada olan 10 nəfər bank işçisi təxliyə olunub. Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib.
Yanğının qarşısı alınıb. Xəsarət alan yoxdur.


