dunya
26.08.2018
Yaşayış evində yanğın - 8 ölü, 2 yaralı

ABŞ-ın Çikaqo şəhərində yaşayış evi yanıb.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb. Onlardan 6-sı uşaqdır. Daha 2 uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanğın üçmərtəbəli evdə baş verib. Hadisənin səbəbləri araşdırılır.


