Ağsu rayon sakini, şəhid bacısının düşdüyü çarəsiz duruma rayon rəhbərinin münasibəti/FOTO.VİDEO

Bir neçə gün öncə dogruxeber.tv informasiya agentliyinin redaksiyasına,Ağsu rayon Çaparlı kənd sakini şəhid bacısı Hüseynova Məleykə Səfər qızı tərəfindən müraciət məktubu daxil olmuşdur. Rayon sakini müraciətdə bildirir ki, 6 sentyabr 2018-ci il, günün ikinci yarısı saat 15:30 radələrində mənə məxsus olan 216 kvm sahəsi olan tövlə və kiçik əl damı adlanan yaşayış evi elektirik naqillərinin qısa qapanma nəticəsində yanaraq tamamilə yararsız hala düşmüşdür. Vətəndaş qeyd edir ki, yanğın zamanı külli miqdarda maddi zərər görmüşəm. Yanğın zamanı 3 ton arpa,2 ton buğda,710 ədəd ot bağlaması və 60 ədəd həyət toyuğu yanaraq məhv olmuşdur. Ağsu rayon Çaparlı kənd sakini şəhid bacısı M.Hüseynova düşdüyü çətin durum ilə bağlı rayon icra hakimiyyətinə getdiyini və orada ona heç bir köməklik göstərilmədiyini bildirir.
Vətəndaşın redaksiyamıza etdiyi müraciət ilə bağlı Ağsu rayon icra hakimiyyəti orqanı ilə telefon əlaqəsi saxladıq. Rayon icra hakimiyyəti başçısının 1-ci müavini Novruzov Rasim Səbzalı oğlu,hadisə ilə bağlı məlumatlı olduğunu bildirib. İcra başçısının 1-ci müavini R.Novruzov onu da qeyd edib ki,hadisə yeni olub,rayon icra başçısı yəqin ki, yaxın günlərə vətəndaşa müəyyən qədər köməklik göstərməyə sərəncam verər. Ümidvariq ki,verilən vədlər söz olaraq qalmaz.!
DogruXebe.az






