dunya
13.10.2018
İraq türkmənləri ortaya iddia qoydular: “Bu vəzifələri istəyirik”

İraq Türkmən Cəbhəsinin (İTC) lideri Ərşad Salehi İraqın yeni Baş naziri Adil Əbdülmehdi ilə görüşüb.
İTC-nin Bağdad ofisində baş tutan görüşdə türkmən lider bir sıra tələblər irəli sürüb.
Ərşad Salehi yeni kabinetdə türkmənlərə yer verilməsinin vacibliyini vurğulayıb: “Türkmənlər Əbdülmehdi hökumətində 1-dən çox nazirlikdə təmsil olunmaq istəyirlər. Prezident köməkçisi və baş nazir köməkçisi postlarına iddialıyıq”./Teleqraf.com


