hadise
24.10.2018
Deputatlığa keçmiş namizədə iş istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Hacı Ağaevli və Fuad Kərimova cəza istənilib.
Hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, 2015-ci ildə Əli Hacı Ağaevli 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb və qeydə alınıb. Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub. Özünü sufi-şair kimi təqdim edir. "Qafqazinfo"


