hadise
21.01.2019
Binəqədidə "Azadlıq Prospekti"ndə qəza - Yolda tıxac yarandı (FOTO-VİDEO)

Binəqədi rayonu azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün səhər Binəqədi rayonu,3123-cü məhəllə, Binəqədi şossesi 202.(Metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında) Miqrasiya Xidmətinin qarşında şəhər istiqamətində hərəkət edən iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə xəsarət alan olmasada 90 GS 903 nömrəli avtomobillə ciddi ziyan dəyib.
Hadisə nəticəsində Sumqayıt, Novxanı, Binəqədi qəsəbəsindən gələn avtomobillərin hərəkətində problem yaranıb. Yolda hazırda tıxac var.


