gundem
29.01.2019
Sənan Muxtarova “Əməkdar hüquqşünas” fəxri adı verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sənan Muxtarova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Sənan Əli oğlu Muxtarov “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif edilib.
Qeyd edək ki, S. Muxtarov Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisidir.


