Sumqayıtda “Toyoto Prado” ilə avtobus toqquşdu - Yaralılar var (FOTOLAR) (YENİ-4)

Sumayıt şəhərində sərnişin avtobusu yaşayış binasına çırpılıb.
Unikal.org xəbər verir ki, ilkin məlumata görə, şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Yaralılar var.
Yaralılar Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdiriliblər.
17:47 əvvəl
***
18:08 yeniləndi
Sumqayıt şəhərində yol qəzası baş verib.
Unikal.org-un əməkdaşının məlumatına görə, 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb.
Hadisə nəticəsində 15-dən çox sərnişin yaralanıb.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
***
18:18
Sumayıt şəhərində sərnişin avtobusu yaşayış binasına çırpılması nəticəsində yaralıların sayı 24-ə çatıb.
Hazırda avtobus sürücüsünün xəsarəti ağır olduğundan həkimlər tərəfindən əməliyyata götürülüb. Digər sərnişinlər də müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
****
18:36
Sumqayıt şəhərində baş verən yol qəzasında yaralananların sayı 30-u keçib.Unikal.org
Ramil Zeynallı




