hadise
9.03.2019, 20:57
Gədəbəydə iki maşın toqquşdu - 8 YARALI VAR (FOTOLAR)

Gədəbəy rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv ONA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy rayonunun girişində, şadlıq evinin qarşısında baş verib.
"VAZ-21015" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanıb.



