Statistika sahəsində Niderland təcrübəsi öyrənilir - FOTO



















12-15 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində tərəfdaş ölkə qismində çıxış edən Niderlandın Mərkəzi Statistika Bürosunda səfərdə olub.
Səfər müddətində qısamüddətli biznes statistikası üzrə məlumatların toplanması, emalı, təhlili və yayılması, sənaye məhsulları və xidmətlərin istehsalı indekslərinin, iqtisadiyyatın ayrı-ayrı sahələrində istehsalçı qiymət indekslərinin hesablanması ilə bağlı Niderland təcrübəsi öyrənilib.

Niderlandlı mütəxəssislər tərəfindən biznes statistikası üçün istifadə edilən məlumat mənbələrinə, biznes reyestrə, statistik müşahidələrə və inzibati məlumatlara dair təqdimatlar edilib, statistik istehsal prosesinin təşkili ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Toplanmış məlumatların keyfiyyətinin təmin olunması üçün onların təhlili ilə bağlı tətbiq edilən üsullar və proqram təminatları nümayiş etdirilib, Büronun Haaqa və Heerlen şəhərlərində yerləşən ofisləri, çağrı və məlumatların yayım mərkəzi ilə yerində tanışlıq baş tutub.

Layihə çərçivəsində Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında əməkdaşlıq perspektivləri, həmçinin layihənin müvafiq komponenti üzrə yeni ekspertlərin seçimi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda Azərbaycanda rəsmi statistikanın təşkili və son illər həyata keçirilmiş islahatlar haqqında məlumat verilib.



Statistika sahəsində Niderland təcrübəsi öyrənilir - FOTO

Son xəbərlər

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

Bütün xəbərlər