Ukrayna yeni prezidentini seçir



















Bu gün Ukraynada növbəti prezident seçkiləri keçirilir.

30 milyon səsvermə hüququna malik olan seçici 39 namizədə səs verə biləcək. Belə ki, ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərə 44 namizədi qeydə alsa da sonradan onlardan 5 nəfəri könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib.

Krımın Rusiya tərəfindən ilhaqı və ölkənin şərq istiqamətində gedən döyüşlər səbəbindən 5 milyondan artıq şəxs səsvermədə iştirak edə bilməyəcək. Bundan başqa Mərkəzi Seçki Komissiyası Rusiyada səsvermə reqlamentində dəyişikliklər edib. Belə ki, MSK öz vətəndaşlarına Rusiya ərazisində səsverməni qadağan edib. Əvəzində isə onlara Gürcüstan, Qazaxıstan və Finlandiya mövcud olan seçki məntəqələrində səs verməyi təklif edib. Bu da öz növbəsində 3 milyon Ukrayna vətəndaşının seçkilərdə iştirakını sual altına qoyur.

Prezident seçkilərini 40-dan çox ölkədən 1,5 mindən çox beynəlxalq müşahidəçi izləyəcək. Ümumilikdə Ukraynanın Mərkəzi Seçki Komissiyası 19 beynəlxalq təşkilatı və 17 xarici dövləti təmsil edən 2344 rəsmi müşahidəçini qeydiyyatdan keçirib. Ukraynada hüquq mühafizə orqanlarının 135 min nəfərlik şəxsi heyəti isə seçkinin təhlükəsizliyini qoruyacaq.

Keçirilən sorğulara görə, qarşıdakı seçkilərdə lider üçlüyə cari Prezident Petro Poroşenko, "Batkivşina" lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenski daxildir.

Qeyd edək ki, ilk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq. Prezidentin andiçmə mərasimi iyunun 3-dək keçiriləcək.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər