Qazaxıstanda hərbi hissədə partlayışlar: 46 nəfər xəsarət alıb
![]()
Qazaxıstanın cənubunda hərbi hissədə baş verən fövqəladə vəziyyət nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb, onların 5-i uşaqlardır.
Qazaxıstan Səhiyyə Nazirliyi mətbuat xidmətinin yerli KİV-də yayılan məlumatına görə, xəsarət alanların 34 nəfəri vilayət xəstəxanasına yerləşdirilib. Daha 12 nəfər xəstəxanaya özü gəlib, onların arasında beş uşaq var.
Xatırladaq ki, Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin 44,3 min nəfər əhalisi olan Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində bu gün səhər saatlarında yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb.
Hazırda yerli hakimiyyət orqanları hərbi hissənin yaxınlığında yerləşən evlərin sakinlərini təxliyə edir. Hadisənin başvermə səbəbləri və mövcud vəziyyət araşdırılır.
* * *11:46
Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib.
“Sputnik Kazaxıstan” xəbər verir ki, iyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.
Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.
Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Türküstan vilayətində 15 təxliyə məntəqəsi fəaliyyət göstərir. Hadisə yerinə fövqəladə hallar qurumunun 52 əməkdaşı,12 yanğınsöndürən avtomobili cəlb edilib. Bundan başqa 4 texnika, 23 nəfərdən ibarə kinoloq heyəti hadisə yerində fəaliyyət göstərir.
Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb.
Partlayışın səbəbi araşdırılır.


