hadise
30.06.2019
Neftçalada vurulan 66 yaşlı piyada dünyasını dəyişib
![]()
Neftçalada bir həftə əvvəl maşınla vurulan piyada ötən gecə xəstəxanada dünyasını dəyişib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə iyun ayının 23-də gecə saatlarında baş verib. Rayonun Mayak kənd sakini Namiq Əbilhəsən oğlu Əliyevin idarə etdiyi 47-BD-326 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik maşını ilə yolu keçmək istəyən piyada - Neftçala şəhər sakini, 1953-cü ildə anadan olmuş Qulu Rəşid oğlu Nəbiyev vurulub.
Hadisə nəticəsində ağır kəllə-beyin travması almış piyada Neftçala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.


