Bakının bu rayonu oğurluq sayına görə rekord vurdu – Bir gecədə baş verənlər














Bakının Xətai rayonu bir sutka ərzində qeydiyyata alınmış oğurluq hallarının sayına görə rekord vurub. Belə ki, daxili işlər orqanlarının əməkdaşları iyulun 18-dən 19-dək şəxsi əmlakın oğurlanması üzrə 15 hadisə qeydə alıblar.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Əldə olunmuş məlumata görə, bu rayondakı mənzillərin birində iri məbləğdə oğurluq hadisəsi törədilib. Belə ki, 39 yaşlı Sevda Xəlilovanın 15 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb. Qadın polisə şikayət edib və hətta oğurluqda şübhəli bildiyi şəxsin adını açıqlayıb. Oğrunun S.Xəlilovanın qonşusu olduğu məlum olub. Şübhəli hələ saxlanılmadığına görə onun adı açıqlanmır.

Həmin rayonun 37-cı Polis Bölməsinin ərazisində Babək prospektində yerləşən 10 nömrəli evin komendantının şübhəli bilindiyi oğurluq hadisəsi törədilib. Məlumata görə, ev sahibi A.Rəhimov bildirib ki, iyulun 18-də saat 16:00-da binanın komendantı (istintaqın maraqlarına uyğun olaraq adı açıqlanmır) dərman istəmək üçün onun yanına gəlib. Komendantın gedişindən sonra isə kişi 3000 manat dəhərində qızıl zinət əşyalarının oğurlandığını aşkarlayıb. Faktla bağlı təhqiqat aparılır, hələlik saxlanılan yoxdur.

Bu arada Sabunçu Rayon 14-cü Polis Bölməsinin əməkdaşları operativ-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan cinayətkar qruplaşmanın ehtimal edilən üzvlərini saxlayıblar. Bildirilir ki, iyulun 18-nə keçən gecə Maştağa qəsəbəsindəki “Oba” mağazalar şəbəkəsində oğurluğa cəhd olub. Cinayətkarlar mağazanın qapısının qıfılını sındırsalar da, planlarını sonadək həyata keçirə bilməyiblər. Polislər onların planlarına mane olublar. Cinayətkarlar polisləri görüb qaçsalar da, tezliklə tutulublar.

Tutulanlar bunlardır: daha əvvəl oğurluğa görə mühakimə edilmiş 2001-ci il təvəllüdlü Fərid İsmayılzadə, dövlət təltiflərinin oğurlanması və satılmasına görə mühakimə edilmiş 1993-cü il təvəllüdlü Sakit Əkbərov, 2002-ci il təvəllüdlü Şəmsi Məmmədli, 2003-cü il təvəllüdlü Saləddin Abıyev və 1965-ci il təvəllüdlü Əliəşrəf Fəttahov./Turkustaninfo

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər