Deputatın oğlunun əmlakları əlindən alındı





Bir müddət öncə “Rabitəbank” deputat Hüseynbala Mirələmovun oğlu, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmova qarşı 119 min manatlıq iddia qaldırıb. İddiada cavabdeh qismində Rauf Mirələmovla yanaşı, onun dayısı Elman Şiriyev, onun həyat yoldaşı və iki övladının da adı var.

Bizimyol.info-nun məlumatına görə, Yasamal Rayon Məhkəməsi 119 min manatlıq tələbin 101 min manatını təmin edib. Hərçənd, Rauf Mirələmov məsələyə Yasamal Rayon Məhkəməsində baxılmasını istəməyib. Məsələ qaldırılıb ki, bu işə bankın iddiasına Nəsimi Rayon Məhkəməsində baxılsın. Əsas kimi isə R.Mirələmovun bu rayonun ərazisində yaşaması göstərilib.

Amma Yasamal rayon Məhkəməsi onun bu vəsatətini təmin etməyib. Aidiyyət məsələsilə bağlı qərardaddan yuxarı məhkəmə instansiyalarına da şikayət verilib, amma nəticə dəyişməyib.

Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub banka ödənilməlidir. Bu borcun ödənilməsi məqsədilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilin və Lənkəranda şəhər mərkəzində yerləşən obyektin (səsyazma studiyası) açıq hərracda satılmasına da qərar verilib.

Bankla deputatın qohumları arasında çəkişmənin səbəbinə gəlincə, Rauf Mirələmovun dayısı Elman Şiriyev bankdan vaxtilə 99 min manat kredit götürüb. Həmin vaxt Rauf Mirələmov onun üçün zamin olub. Diplomatla bank arasında zaminlik müqaviləsi bağlanıb. Bu borcun cəmi 4200 manatı qaytarılıb. Kredit öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar əsas borc, faiz borcu, cərimə borcu və s. birlikdə toplanıb və bank vəsaitin ödənilməsi üçün məhkəməyə müraciət edib.

Rauf Mirələmov və qohumları Yasamal Rayon Məhkəməsinin 101 min manat tutulması, əmlakların müsadirəsilə bağlı qərarından apellyasiya şikayəti verib. Amma qərar dəyişməyib. Bir müddət əvvəl məsələyə Ali Məhkəmə baxıb, bu instansiya da aşağı məhkəmələrin gəldiyi nəticəni doğru hesab edib.

Elman Şiriyev Lerik Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ataxan Şiriyevin oğludur. 1994-1995-ci illərdə bu vəzifədə çalışmış A.Şiriyev təxminən 15 gün öncə vəfat edib.

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər