BDU-nun qalmaqallı müəllimi 50 min rüşvət verdiyini təsdiqlədi — Oğlunu işə düzəltmək istəyib












Bakı Dövlət Universitetinin (BDU) müəllimi oğlunu işə düzəltmək istəyərkən aldadılıb. O, verdiyi rüşvəti geri ala bilmir. Rüşvət üçün pulu isə sələmə götürübmüş...


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


dogruxeber.tv Musavat.com-a istinadən xəbər verir ki, bu cinayət işi üzrə ittihamda göstərilir ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda pul alıb. Həmin pulun qarşılığında isə Hüseyn Məmmədovun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəkmiş.


Elan olunmuş ittihamla Eldar Yusifov özünü təqsirli bilmir. Onun sözlərinə görə, Hüseyn Məmmədovun oğlunun işini Elbrus Əliyev adlı şəxs həll edəcəkmiş: "Pulu mən yox, Elbrus alıb. Mən onları tanış eləmişəm. Sonrakı məsələni özləri danışıblar".


Eldar Yusifova rüşvət verməyə təhrik etmə maddəsi ilə də ittiham irəli sürülüb. Bu iş üzrə zərərçəkmiş olduğunu deyən Hüseyn Məmmədovla bağlı ictimaiyyətə maraqlı olan məlumat var.


Məlumata görə, Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir, BDU-da çalışan Məmmədov bir müddət də kafedralardan birinin müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi dindirilib.


Son iki məhkəmə iclasında danışan Hüseyn Məmmədov hazırda həbsdə olan Eldar Yusifovdan şikayətçi olmadığını bildirib. O, israrla məhkəmədən Eldar Yusifovun azadlığa buraxılmasını istəyib.


Fəlsəfə müəllimi ilk olaraq rüşvəti necə və nə məqsədlə verməsini danışıb. O, bildirib ki, oğlunu işə düzəltmək istəyib. Bu məqsədlə Elbrus Əliyevə müraciət edib.


Onun sözlərinə görə, Elbrus Əliyevlə onu Eldar Yusifov tanış edib: "Eldarla uzun müddətdir ki, bir-birimizi tanıyırıq. Elbrusun bu işdə mənə kömək edə biləcəyini dedi. Məndən əvvəlcə 100 min, sonra isə 50 min manat istədi. Mən əvvəlcə 20 min verdim. Həmin pulu faizə götürdüm. Amma Elbrus dedi ki, pul tam olmasa, iş alınmayacaq. Sonra 30 min də sələmlə pul götürüb ona verdim. Hər iki görüş Elmlər Akademiyası tərəfdə baş tutub".


Hüseyn Məmmədov məhkəməyə müraciət edərək Eldar Yusifovun azadlığa buraxılmasını istəyib: "Bu adamın nə günahı var? Mən özüm deyirəm ki, pulu Elbrusa vermişəm. Amma Elbrusu himayə edənlər onu azadlığa buraxdı. Bunun adamı yoxdur deyə tutdular. Elbrus əvvəlcə dəlixanada idi. Onu dəlixanadan gətirib dindirdilər, sonra da azadlığa buraxdılar. Bu işdə Elbrusun oğlunun da əli var. Onlar əlbir olaraq məni aldatdılar. Eldarın həbs edilməsi ədalətsizlikdir. Biz necə ölkədə yaşayırıq? Haqq-ədalət budurmu? Belə haqsızlıq olarmı? Günahkar qalıb çöldə, günahı olmayan adamı tutublar. Bu adamı azadlığa buraxmaq lazımdır. Bu qədər ədalətsizlik olmaz axı..."


Məhkəmədə məlum olub ki, Hüseyn Məmmədov istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində Eldar Yusifovdan şikayətçi olub.


H.Məmmədov bu ziddiyyəti belə izah edib: "Mən elə deməmişəm. Fikrim düzgün qeyd edilməyib. Bütün həqiqət burada danışdığım kimidir".


Hüseyn Məmmədov ifadəsinin davamında bu işlə bağlı Milli Məclisin deputatlarının, ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olduğunu deyib. O, bildirib ki, şikayətini bütün aidiyyəti qurumlara çatdırıb.


Məhkəmə araşdırması davam etdirilir.


Oğlunu rüşvətlə işə düzəltmək istəyən Hüseyn Məmmədov kimdir? Məmmədov Hüseyn Qaraxan oğlu 1959-cu il avqustun 4-də Saatlı rayonunda anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildən başlayıb. 1976-1977-ci illərdə Saatlı rayon suvarma sistemləri idarəsində fəhlə işləyib. 1977-1982-ci illərdə ADU-da (indiki BDU) əyani tələbə olub.


1982-1983-cü illərdə Saatlı rayonu Əzizbəyov adına orta məktəbdə tarix müəllimi işləyib. 1983-1986-cı illərdə ADU-da əyani aspirant olub. Fəlsəfə dərsini və ixtisas dərslərini aparır. 80-dən çox məqalənin və tezisin və bir kitabın, 5 dərsliyin müəllifidir. 3 elmlər namizədinin yetişməsində həmrəhbər olub.


Hüseyn Məmmədovun adı illər öncə imtahan suallarının alverində də hallanmışdı. Məşhur sual satılması işində onun da oğlunun nəticəsi ləğv edilmişdi. Həmin ərəfədə onun oğlu da BDU-nun hüquq fakültəsinə sənəd vermişdi.

Oxunub: 624

Son xəbərlər

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

Bütün xəbərlər