hadise
12.08.2019, 17:19
Beyləqanda “VAZ” velosiped sürücüsünü vurub öldürdü

Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində kənd sakini A.Şükürov idarə etdiyi "VAZ-21070" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Pərvin Abbasovu vurub.
Daxili İşlər Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş P.Abbasov orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.


