“Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır” – Riçard Almeyda





“Qarabağ”ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə məğlubiyyəti şərh edib.



– Bu gün futbol elədir ki, ani diqqətsizlik olanda rəqib səni cəzalandırır. Biz də əlimizə düşən imkanları qola çevirsəydik, bəlkə də, fərqli olardı. Başımızı dik saxlamalı, irəli baxmalıyıq.





– Nikosiyada 90+5-də buraxılan qol nəticəyə nə dərəcədə təsir etdi?



– Yox, orada da ani diqqətsizlikdən buraxmışdıq. Bu gün də diqqətsizlik oldu. Zubirin, mənim, Slavçevin qol epizodları oldu, yararlana bilmədik. Uduzmağı da bacarmaq lazımdır. APOEL-i qələbə münasibətilə təbrik etməliyik.



– Slavçev nə etsin ki, qol vura bilsin?



– Bunun üçün baş məşqçimiz var. O, hamımıza eyni gözlə baxır. Kiməsə futbolu öyrədən məşqçidir. Məyusuq, bu qədər azarkeş gəlmişdi. İstəyirdik ki, onları sevindirək. Bu gün çox möhtəşəm idilər. Əlimizdə imkan var ki, Avropa Liqasının qrupuna düşək. Ümid edirəm ki, “Neftçi” də İsraildə “Bney Yehuda” səddini keçəcək. Avropa Liqasının qruplarında ölkəmizi təmsil etmək istəyirik.



– Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?



– Bunun üçün çox təcrübəli baş məşqçimiz, təcrübəli futbolçularımız var. Bu, ilk məğlubiyyət deyil. Ötən il də BATE-yə uduzmuşduq. Yığıldıq, toparlandıq. Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır. Eniş-yoxuşlar olur, bunların öhdəsindən gəlməyi bacarmalıyıq.



– Bu gün “Qarabağ” özünə bənzəmirdi. Sırf nəticə üçün oynamaq mümkün olmazdı?



– Bizim oyun fəlsəfəmiz var. Bu gün meydanda hansı tərəf yaxşı idi? Çatışmayan cəhət qol idi. Bunu etsəydik, deyəcəkdiniz ki, həmin ki, “Qarabağ” idi.

Son xəbərlər

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Bütün xəbərlər