hadise
3.10.2019
Daha bir avtobus qəzası baş verdi - Ölən var

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası olub.
“dogruxeber.tv” teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Padar kəndi ərazisində Sumqayıt şəhər sakini Abdulla Fətullayev idarə etdiyi "DAF" markalı avtobusla yolu keçən 35-40 yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


