hadise
18.10.2019, 10:26
Bakıda küçədən birgünlük körpə tapılıb

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.
dogruxeber.tv Oxu.Az-a istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub.
Körpə tapılandan sonra xəstəxanaya aparılıb.
Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.
Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.


