“Azərbaycanda alternativ enerjinin maya dəyəri 10-12 qəpikdir”













“Bu gün ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək həmin effekti ala bilmərik. Üstəlik, bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar”.



Bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.



“Ən mühafizəkar hesablamalara görə, enerji istehsalı potensialımız pik vaxtlarda belə tələbatımızdan azı 10% çoxdur. Bu da çox yaxşı göstəricidir. Yəni, Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından “güvənli sular”da hiss edə bilər. Çox etibarlı bir nöqtədəyik. Artıq liberallaşma üçün əla zəmin yaranıb. Təhlükəsizlik məsələsi həll olunduğuna görə, bu təhlükəsiz mühitdən daha çox səmərə əldə etməyə fokuslanmalıyıq.



Alternativ və bərpa olunan enerji istehsalına gəlincə isə burada problem ondan ibarətdir ki, onun qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir. O cümlədən də Azərbaycanda. Məsələn, hazırda Avropa ölkələrində ənənəvi yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla 35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək sosial çətinliklər ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir”, - o bildirib.



Nazir müavini ayrılan subsidiyaların alternativ enerjiyə yönəldilməsi imkanlarına da münasibət bildirib: “Deyilə bilər ki, subsidiyanı ənənəvi sektora yox, məhz bərpaolunan sektora yönləndirək. Amma mənə elə gəlir, bu sahədə çox ciddi addımlar atılmaqdadır. Bilirsiniz ki, Nazirliyimiz artıq 10-a yaxın təşkilatla anlaşma memorandumu imzalayıb və danışıqlar gedir. Qiymətləri də kifayət qədər optimal səviyyəyə endirməyi bacarmışıq. Bu sahədə də işlər gedir. Mən deməzdim ki, bizim ənənəvi enerji sahəsində atdığımız addımlar bərpa olunan enerji sahəsində atdığımız addımları əngəlləyir. İşlər bütün sürəti ilə davam edir. Müəyyən məsələlər var, onların da başında qiymət məsələsi dayanır. Yeni mənbədən elektrik enerjisini almaq asandır, amma əsas məsələ həmin fərqi kim ödəyəcək. Əlbəttə ki, dövlətə də yeni subsidiyaların yüklənməsi istənilməzdir. Həmçinin əhali üçün də məqbul bir hal olmaz. Biz Azərbaycana töhfə verərkən qiymət artımı onun tərkib hissəsi olmamalıdır. Yəni yaranan məsələlər bundan ibarətdir”. (Report)

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər